Bakıda Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayır

Türkiyə-Azərbaycan Universitetinin tədris binası Bakıda yerləşəcək. 

Toplum TV xəbər verir ki, bunu fevralın 21-də elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli mətbuata açıqlamasında bildirib. 

Onun sözlərinə görə, universitetdəki tədrisin ilkin mərhələsində bakalavr pilləsinə texnologiya ixtisasları üzrə qəbul planlaşdırılır, ixtisasların sayı gələcəkdə artırılacaq. Tədris zamanı hər iki ölkənin müxtəlif universitetlərinin birgə təhsil proqramları nəzərə alınacaq. 

Saytların yığılması

Saytlarin yigilmasi

Nicat Məmmədli qeyd edib ki, universitetin fəaliyyəti üçün Türkiyə tərəfi akademik dəstək verəcək, Azərbaycan tərəfi isə inzibati məsələləri həll edəcək.

Rəsmi həmçinin bildirib ki, universitetdə tədris ilk mərhələdə ingilis və türk dilində aparılacaq. 

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

Xəbərlər

Leave a Comment