İstintaq təcridxanasında Tofiq Yaqublunu müayinə edirlər

Həbsdə olan müxalifətçi Tofiq Yaqublunun ailəsi onun səhhətindən narahatdır.

“Bu gün atamla telefonla danışdım. O bildirdi ki, yenidən müayinə ediblər , rentgen çəkiblər,  ürəyini yoxlayıblar. Həbsxana həkimi deyib ki, əvvəlki qan analizi xolesterinin normadan çox olduğunu (206) müəyyən edib. Bu gün ona “disliptin” dərmanını yazıblar”,- siyasətçinin qızı Nigar Həzi bildirib.

“Cümə günü ultrasəs müayinəsi ediləcək. Atamın “müayinə nəylə  əlaqədardır” sualına dəqiq cavab verməyiblər. Navalnının həbsxanada ölümü fonunda bu tədbirlər bizim narahatlığımızı daha da artırır”, –  Nigar Həzi qeyd edib.  Onun sözlərinə görə, həftənin sonunda vəkil Yaqublu ilə  görüşəcək.

Saytların yığılması

Saytlarin yigilmasi

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaq ittihamları ilə həbs edilib.

Əvvəllər siyasətçi dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Xəbərlər

Leave a Comment