Dünya Bankı COP29-a maliyyə dəstəyi verəcək

Dünya Bankı bu il Azərbaycanda keçiriləcək COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyi həyata keçirəcək. 

Toplum TV xəbər verir ki, bu, energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində qərarlaşdırılıb. 

“ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. Dünya Bankı  Azərbaycanın yaşıl enerji keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”, – Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında yazıb. 

Saytların yığılması

Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment