ABŞ- Azərbaycan münasibətləri qaydaya düşür? – ƏRƏSTUN ORUCLU DEYİR Kİ…

ABŞ-Azərbaycan gərginliyi fonunda ölkəmizin energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Xatırladaq ki, iki ölkə arasında yaranmış gərginlik səbəbindən rəsmi səfərlər dayandırlmışdı.

Buna əsas səbəb isə Azərbaycanda insan hüquqlarının vəziyyətinə, davamlı həbslərə görə ABŞ-ın çağırışlarına müsbət reaksiyanın olmaması idi.

Saytların yığılması

Saytlarin yigilmasi

Bəs görəsən, bu səfər ABŞ üçün insan haqları mövzusunun arxa plana keçməsinə bir işarə sayıla bilərmi? 

Ekspert Ərəstun Oruclu Gununsesi.info-ya açıqlamasında bunun mümkünsüz olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığı məsələsində hər zaman yollar açıq olub: “Elə Blinken Prezident Əliyevlə görüşündə  bildirdi ki, insan haqlarlı məsələsini də müzakirə edib. Qubad İbadoğlu ilə bağlı Konqresmmenlərin müraciəti, davamlı çağırışlar qalacaq. Mən düşünmürəm ki, bu münasibətlər hazırda yolundadır. Qərbin siyasətində belə bir şey var ki, heç zaman əlaqələri kəsmir.Ən ümidsiz vəziyyətdə belə danışıqları davam etdirməyə, əlaqələri saxlamağa çalışılır. Azərbaycanla da həmin siyasətdir. Məsələ gündəmdən çıxmayıb”.

Ərəstun Oruclu deyir ki, qarşıdakı müddət ərzində hökumət siyasi məhbus problemini həll etməlidir: “Getdikcə siyasi məhbuslar azad edilməlidir. Güzəşt olmalıdır. Olmasa, Qərb  Azərbaycanın üzərinə gələcək. Hesab edirəm ki, hökumətə yaxın mediada da ABŞ-ın ünvanına olan ittihamlar dayandırılmalıdır.  Azərbaycanda anti-qərb əhvalı yaradılması da bu münasibətlərə zərər vuran  səbəblərdəndir. Tək səbəb insan haqları deyil. İnsan haqları bir alət kimi istifadə olunur”.

Afət Abbasova

Gununsesi.info

Xəbərlər

Leave a Comment