Məhkəmə Nazim Bəydəmirlinin ilkin həbs müddətini uzadıb

Martın 29-da Bakının Nərimanov Rayon Məhkəməsi  parlamentin keçmiş deputatı, sahibkar Nazim Bəydəmirlinin ilkin həbs müddətini bir ay uzadıb. Bu barədə Turan-a onun həyat yoldaşı Fəridə Bəydəmirli bildirib.

Onun sözlərinə görə, bu qərardan apellyasiya şikayəti veriləcək.

* N.Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən CM-in 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham edilərək saxlanılıb.

Saytların yığılması

Saytlarin yigilmasi

Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı qəbul etməyib. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirklənməsi ilə bağlı etirazlarını müdafiə etməsidir. 

Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) daha bir ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham Bəydəmirlinin guya 1996-cı ildə RF-nin Lipetsk şəhərində kimdənsə pul tələb etməsi ilə əsaslandırılıb.

Hüquq müdafiəçiləri Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Xəbərlər

Leave a Comment