İlham Əliyev yeni Ədliyyə naziri təyin edib

Yeni nazir Fərid Əhmədovdur

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev fevralın 27-də sərəncam imzalayıb.

Saytların yığılması

Saytlarin yigilmasi

Növbədənkənar Prezident seçkilərindən sonra – fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə and içib.

Andiçmə mərasimindən sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Kabinetin yeni tərkibində 2000-ci il aprelin 19-dan 2024-cü il fevralın 14-dək Ədliyyə naziri vəzifəsində çalışmış Fikrət Məmmədov yer almayıb.

Fevralın 16-da həmin vəzifənin müvəqqəti icrası Ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə olunub.

Bəs yeni nazir Fərid Əhmədov kimdir?

Yerli medianın yazdığına görə, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.

2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.

2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.

2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.

Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.

Xəbərlər

Leave a Comment