Yeni ədliyyə naziri təyin olunub

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 27-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Fərid Əhmədov 2022-ci ildən bəri Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini idi. 

Saytların yığılması

Saytlarin yigilmasi

Yeni ədliyyə naziri 1979-cu ildə Bakı şəhərində anadan olub. 

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 

Həmçinin 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində magistr təhsili alıb. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini müdafiə edib. 

Azərbaycan, rus və ingilis dillərini bilir.
 

Xəbərlər

Leave a Comment