Xankəndi şəhərində uşaq bağçasının zirzəmisində dron, 29 ədəd avtomat və 416 ədəd qumbara aşkar edilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi bildirib.
Polis həmçinin 4 tapança, 27 tüfəng, 113 alışdırıcı, 113 partlayıcı, 1178 patron darağı, 8508 mərmi, 24320 müxtəlif çaplı patron, 30 kapsul, 3 optik nişangah, 10 gecəgörmə cihazı, 50 rabitə qurğusu, 34 süngü-bıçaq, 57 əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatları aşkar edərək götürüb.