İlham Əliyev: Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməlidir

“Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir”. 

Toplum TV xəbər verir ki, bunu fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində bildirib. 

Prezident Xocalı qətliamı ilə bağlı danışarkən qeyd edib ki, dünya bu hadisələrə biganə qalıb:

Saytların yığılması

Saytlarin yigilmasi

“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

İlham Əliyev çıxışında həmçinin qeyd edib ki, hazırda azad edilmiş ərazilərdəki beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Onun sözlərinə görə, belə yaşayıq məntəqələrinin sayı bu il 20-yə çatdırılacaq. 

“Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”, – deyə o bildirib. 

 

Xəbərlər

Leave a Comment