“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 21-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir.

Saytların yığılması

Saytlarin yigilmasi

Qeyd olunub ki, burada Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri olan qaya parçaları aşkar edilib. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri isə Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.

Məlumata görə, XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, hamam və karvansaralar tikilib, meydan ansamblı, örtülü bazar kompleksi salınıb. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılıb. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş məscidlər öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.

Sərəncama əsasən, Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclər Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Xəbərlər

Leave a Comment