Ermənistan Kamil Zeynallını qətldə ittiham edir

Ötən gün Moskva Domodedovo hava limanında saxlanılan azərbaycanlı fitnes məşqçisi və inlfuenser Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 21-də Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan yerli mətbuata açıqlamasında bildirib. 

“Sözügedən şəxsə qətl ittihamı irəli sürülüb və onun barəsində beynəlxalq axtarış elan olunub”, –  Sarkisyan açıqlamasında qeyd edib.

Saytların yığılması

Saytlarin yigilmasi

 

Ermənistan DİN bundan əlavə təfərrüat açıqlamayıb. Amma Ermənistan mətbuatının yazdığına görə, Kamil Zeynallı 44 günlük müharibə zamanı erməni əsilli şəxsi qətlə yetirib. İddialara görə, hadisəni əks etdirən kadrlar internetdə yayılıb. 

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları isə bu gün K. Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.

Səfirlikdən verilən məlumata görə, hazırda Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səylər göstərilir.

Vəkil Ələkbər Qarayev bu gün yerli mətbuata açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 29-da Ermənistan K. Zeynallını 4 maddə üzrə axtarışa verib. 

Onun sözlərinə görə, hazırda Rusiya prokurorluq orqanlarında bununla bağlı iş gedir. Vəkil qeyd edib ki, əlavə materiallar göndərilərsə, K. Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər.
 

Xəbərlər

Leave a Comment