7 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarılıb

Fevralın 20-də Suriyada düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 21-də Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan dövlət qurumlarının nümayəndələri Türkiyə ezam ediliblər. Burada repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Saytların yığılması

Saytlarin yigilmasi

Daha sonra Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər.

Hazırda ölkəyə qaytarılanların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

XİN-in məlumatına görə, xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşların repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Xəbərlər

Leave a Comment