İnfluenser Kamil Zeynallı Rusiyada saxlanılıb

Fitnes məşqçisi və influenser Kamil Zeynallı Rusiyada saxlanılıb.

Toplum TV xəbər verir ki, bu barədə o “instaqram”dakı hesabında məlumat yayıb. 

“Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, – deyə o bildirib. 

Saytların yığılması

Saytlarin yigilmasi

K.Zeynallı həmçinin qeyd edib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah, yaxşı olar”.

Azərbaycan Xarici İşlər Nazirliyi artıq məsələylə bağlı açıqlama verib. 

Bildirilib ki, məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır və K. Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Qeyd edək ki, 44 günlük müharibə dövründə və ondan sonra Kamil Zeynallı Ermənistan əleyhinə kəskin tənqidlər səsləndirmişdi. Bir neçə dəfə şikayətlər nəticəsində onun sosial media hesabları da məhdudlaşdırılmışdı. 
 

Xəbərlər

Leave a Comment