ABŞ və Britaniya səfirləri Bakıda Navalnını anıblar

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirləri bu gün Bakıda Hüseyn Cavidin abidəsi önündə bir neçə gün əvvəl Rusiyada həbsxanada vəfat etmiş Aleksey Navalnının xatirəsini anıblar.

Toplum TV xəbər verir ki, bu barədə Britaniya səfiri Fergus Auld özünün sosial media hesabında məlumat yayıb.

“Bu gün ABŞ səfiri Mark Libbi ilə birgə, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”, – Auld açıqlamasında vurğulayıb.

Saytların yığılması

Saytlarin yigilmasi

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının Yamalo-Nenets rayonunun Xarp kəndindəki koloniyada öldüyü barədə açıqlama yayıb.

47 yaşlı siyasətçinin ölümündən sonra Rusiya miqyasında insanlar onu anmaq üçün küçələrə çıxıb. 400-dən çox insanın polis tərəfindən saxlanıldığı barədə məlumatlar yayılıb. 

Prezident Vladimir Putinin ən qatı müxalifi hesab olunan Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.

Xəbərlər

Leave a Comment