SMDT növbədənkənar seçkiylə bağlı aralıq hesabat yayıb

Seçkilərin Monitorinqi Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)  7 fevralda baş tutacaq növbədənkənar prezident seçkisinin təşviqat mərhələsi barədə Aralıq Hesabatını açıqlayıb.

Toplum TV xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb. 

Hesabatda bildirilir ki, seçkinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı, o cümlədən seçkiqabağı təşviqat üzrə SMDT-nin apardığı müşahidələr rəsmi xəbərələrə və sənədlərə, açıq mənbələr və qeydiyyatdan keçmiş müşahidəçilərdən toplanan məlumatlara əsaslanır.

Saytların yığılması Saytlarin yigilmasi

SMDT hesab edir ki, prezident seçkisinin vaxtından 14 ay öncəyə – 7 fevral 2024-cü ilə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının bu prosesə fəal şəkildə cəlb olunmasını çətinləşdirib.

Həmçinin qeyd edilir ki, növbədənkənar prezident seçkisi sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki  qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyyələrini öyrənmək və icra etmək üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməyib.

“Növbədənkənar seçkisi ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb. Bununla yanaşı seçki öncəsi siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar prezident seçkisində fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb”, – deyə açıqlamada bildirilib. 

Xəbərlər

Leave a Comment