Yeni doğulmuş uşağın ölümünə görə iki həkimə cinayət işi açıldı

Sabirabadda yenidoğulmuş uşağın ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Toplum TV Trend-ə istinadən xəbər verir ki, ötən il noyabrın 4-də 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabaddakı Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırma nəticəsində Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkim neonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilmədiyi qeyd edilib:

“Yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatın gecikdirilməsi, həmçinin, yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib”.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. 

Xəbərlər

Leave a Comment