Azərbaycanda bir ayda 21 nəfərin koronavirusdan öldüyü bildirilir

Azərbaycanda bu ilin ilk ayında 325 nəfərin koronavirus (COVID-19) infeksiyasına yoluxduğu, 21 nəfərin vəfat etdiyi bildirilir. 

Toplum TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, ölkədə son bir ayda koronavirus əleyhinə 281 vaksin vurulub.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, dekabrın 11-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il aprelin 2-nə qədər uzadılıb.

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkədə quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. 

Ümumdünya Səhiyyə Təşkilatı ötən il mayın 5-də COVID-19-un pandemiya statusunun başa çatdığını elan edib. Bununla belə, Azərbaycan hökuməti infeksiya ilə əlaqədar xüsusi karantin rejimini saxlamaqda davam edir.  

Xəbərlər

Leave a Comment