Xəbər verdiyimiz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib.
Beynəlxalq təşkilatın seçki missiyasının hesabatında məqamlardan biri də prezidentliyə namizdələrin hazırkı dövlət başçısı İlham Əliyevi dəstəkləməsi barədə müddəadır.
Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, prezidentliyə namizdələrin İlham Əliyevə dəstək verməsi onların həm də vətəndaş mövqeyindən irəli gəlir:
“Çünki İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edən Ordunun Ali Baş Komandanıdır. O, Azərbaycanın suverenliyini təmin edib. Buna görə də hər bir vicdanlı vətəndaşın borcudur ki, bunu xüsusi vurğulasın.
Prezidenliyə namizədlərin isə bu barədə etirafları tam normaldır.
Hesab edirəm ki, ATƏT bu məsələdə doğru yanaşma ifadə eləmir”.
Gununsesi.info