“Abzas Media”-nı xaricdən yeni komanda idarə edəcək

“Abzas Media” onlayn nəşrini bundan sonra xaricdən yeni komanda idarə edəcək. 

Toplum TV xəbər verir ki, bu barədə mətbu orqanın sosial media hesabında məlumat yayılıb.

“Hökumət “Abzas Media”nın əməkdaşlarını həbs etməklə onun resurslarını tükəndirib və yaranmış repressiv mühit Azərbaycandan fəaliyyəti artıq mümkünsüz edir. Bu səbəblə həbsdə olan “Abzas media” rəhbərliyinin istəyi ilə bu dövrdə müvəqqəti baş redaktor vəzifəsini Leyla Mustafayeva yerinə yetirəcək. O, Avropanın müxtəlif ölkələrinə səpələnmiş yeni redaksiya heyətinin işinə nəzarət edəcək Biz jurnalist fəaliyyəti üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini başa düşürük və bu çətin dövrlərdə söz azadlığına dəyər verən qlobal ictimaiyyətin və əcnəbi həmkarlarımızın dəstəyini yüksək qiymətləndiririk”, – açıqlamada qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Müvəqqəti baş redaktor vəzifəsinə gələn Leyla Mustafayeva da məsələ barəsində açıqlama verib.

Onun sözlərinə görə, “The Guardian” və OCCRP daxil olmaqla müxtəlif ölkələrdən 15 mətbuat orqan “Abzas Media”-nın fəaliyyətində iştirak edəcək.

Qeyd edək ki, bir müddət əvvəl “Abzas Media”nın 6 əməkdaşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham edilərək həbs olunublar.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Xəbərlər

Leave a Comment