ABŞ Gürcüstan hökumətində kadr dəyişiklikləri fonunda bu ölkə ilə “sıx əməkdaşlıq edir”

Cümə axşamı ABŞ Gürcüstan hökumətində bu yaxınlarda həyata keçirilən yerdəyişmələrə reaksiya verib. “Biz, əlbəttə ki, yeni hökumətin formalaşdırılmasından və parlamentdə keçiriləcək müzakirələrdən xəbərdarıq”, deyə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.

“Səfirliyimiz Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq edir və biz bu münasibətlərin davam edəcəyinə ümid edirik”.

Cümə axşamı Gürcüstanda hakim partiya bu ilin payızında keçiriləcək milli seçkilərə hazırlıq üçün istefaya getdiyi bildirilən İrakli Qaribaşvilinin yerinə öz lideri İrakli Kobaxidzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment