İctimai fəala 3 il həbs cəzası verilib

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində alternativ “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin işi üzrə proses başa çatıb. 

Toplum TV “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, o, qanunsuz narkotik dövriyyəsində ittiham olunub.

Məhkəmə onu 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Saytların yığılması Saytlarin yigilmasi

Gənc ittihamı təkzib edib və həmkarlar ittifaqı və ictimai fəaliyyəti ilə əlaqələndirib.

Müdafiə tərəfi məhkəmədən fəala bəraət verilməsini istəyib.

Hökmdən apellyasiya şikayəti veriləcək. 

Mustafayev avqustun 4-də saxlanılıb. O, Afiyəddin Məmmədov və Ayxan İsrafilov ilə birlikdə avqust-sentyabr 2023-cü il tarixlərində həbs olunan üçüncü həmkarlar ittifaqı fəalı olub.

Hüquq müdafiəçiləri onların hamısını siyasi məhbus kimi tanıyıb. Onların həbsinin əsl səbəbi kuryer xidməti işçilərinin hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətləri olub.

 

 

Xəbərlər

Leave a Comment