Dekabrın 11-də İstanbulda Güney Azərbaycanın şanlı tarixi 21 Azər Milli Hökümətinin Qurulmasının 78
-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Türk Ədəbiyyat Vakfı və İstanbul Kültür evi tərəfindən keçirilən tədbirin ilk panelində Yalova Universitetindən, tanınmış milli fəal Mehdi Nəimi, Türkiyə Kırklareli Universitetinin müəllimi Gülarə Yenisey, Marmara universitetindən güneyli fəal Məmməd Rahmanifər 21 Azər hərəkatının önəmi, bir illik hökümət dönəmində aldığı qərarlar, İran-fars rejiminin 21 Azər hökümətini çökdürmək üçün həyata keçirdiyi amansız vəhşiliklər haqqında söz açdılar. Tədbirin aparıcı jurnalist Aynur İmran, İnsan Hakları Eğitim Kültür Derneği başqanı, jurnalist Məhsəti Şərif Özyürək, Uluslararası İnternet Medya ve iletişim Yayıncıları genel başqanı Serdar Akyol, Çağdaş Azerbaycan Kültür Merkezi başqanı Cemal Mehmethanoğlu, Eskişehir Azerbaycanlılar Derneği başqanı ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Genel başkan Yardımcısı Uzm.Ecz.Cavid Aydın, Rusiya və Dünya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri Xatirə Qəmbərova tərəfindən ünvanlanan təbrik mesajlarını konfrans iştirakçılarına çatdırdı.
Konfransın ikinci panelində İstanbul Universitetindən, tarixçi Anar Can Kıtay, Türkiyədə “Qarabağ Azərbaycandır” dərnəyi başqanı Dr.Elvin Əbdürrəhmanov, Türk Ədəbiyyat Vakfı başqanı Sərhat Kabaklı, Bilkənt Universitetindən Prof.Dr. Esat Arslan, GAMOH qadın qolları başqanı Ada Hasanı çıxış edərək 21 Azər hərəkatının, Güney Azərbaycanda qurulan ikinci hökümətin əhəmiyyətini vurğuladılar.