Bərzaninin Azərbaycana səfəri: Səbəb siyasidir, yoxsa iqtisadi?

Çərşənbə axşamı günü Azərbaycana rəsmi səfərə gələn İraq Kürdüstanı Regionunun lideri Neçirvan Bərzani Prezident İlham Əliyevlə görüşündə iqtisadi əlaqələri müzakirə edib.

Onlar İraq Kürdüstan Regionu ilə Azərbaycan arasında “iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparıblar, rəsmi media yazır.

Cənab Bərzaninin səfərini BBC-yə şərh edən siyasi təhlilçi Elxan Şahinoğlunun fikrincə, İraq kürdlərinin liderini Azərbaycana investisiya marağı gətirib.

“Düşünürəm ki, Bərzaninin səfəri məhz iqtisadi əlaqələrin intensivləşməsi ilə bağlıdır. Ola bilsin ki, Bərzani Azərbaycanın da İraq Kürdüstanında müəyyən investisiyalar həyata keçirməsini istəyir. Məncə, səfərin əsas qayəsi budur”, – Elxan Şahinoğlu bildirib.

Siyasi şərhçinin fikrincə, Azərbaycanla İraq Kürdüstanı arasında hazırda “siyasi əlaqələrlə bağlı hər hansı bir təmas nöqtələri yoxdur”.

“İraq Kürdüstanında da müəyyən zəngin yataqlar var, ola bilsin ki, onların birgə istismarı ilə bağlı Bakıda müəyyən fikir mübadiləsi aparılsın”, – Elxan Şahinoğlu əlavə edib.

Ancaq BBC jurnalisti İlkin Həsənovun fikrincə, Bərzaninin Azərbaycana səfərində siyasi əlaqələrin rolunun da olması mümkündür. Onun şərhini aşağıda oxyun.

Nerçivan Bərzaninin Bakıya səfəri zamanı Azərbaycan hakimiyyətinə yaxın yerli media Kürdüstan bölgəsindəki inkişafı tərifləyən və muxtariyyətin hərbi qüvvələri olan Peşmərgənin PKK və İŞİD üzərindəki qələbəsindən yazıb.

Ancaq maraqlıdır ki, bu yazılarda İraq Kürdüstanının 2017-ci ildə keçirdiyi müstəqillik referendumuna və İraq hökümətinə qarşı separatçılıq meyillərinə toxunulmur.

Bundan başqa, mümkündür ki, İraq Kürdüstanı ilə Azərbaycanı birləşdirən ortaq cəhət Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə və İsrailin Kürdüstanın əsas dəstəkçiləri olmasıdır.

İsrailin milli təhlükəsizlik və diplomatiya üzrə tədqiqat institutu Yerusəlim İctimai Əlaqələr Mərkəzi yazır ki, İsraillə İraq Kürdüstanını hər iki tərəfin maraqlarına xidmət edən “sən də qazan, mən də” (win-win) əlaqəsi birləşdirir.

Məqalədə deyilir ki, İraqın mərkəzi Bağdad hökumətinin etirazlarına baxmayaraq, İsrail Kürdüstanla da iqtisadi əlaqələr qurur və kürd neftini alır.

Financial Times-da dərc olunmuş bir yazıda isə bir çox İsrail şirkətinin enerji və kommunikasiya layihələrinə də sərmayələri haqqında danışılır.

İsraillə yanaşı Türkiyənin də Kürdüstanda böyük yatırımları və siyasi maraqları var.

Elə Kürdüstan bölgəsinin rəsmi mənbələri də Türkiyədəki son seçkilərdən bəri Neçirvan Bərzaninin bir neçə dəfə Recep Tayyip Erdoğanla təması barədə yazıb.

Türkiyə Prezidentinin iyun ayında keçirilən inauqurasiyasında İlham Əliyev və Neçirvan Bərzaninin isti şəkildə görüşdüyü müşahidə olunmuşdu.

“Yeni üfüqlər” ümidi

İraqın Azərbaycandakı rəsmi nümayəndəsi Makki Resan əl-Mamuri bir neçə gün öncə Rudaw saytına açıqlamasında Bərzaninin Azərbaycana səfərinin “böyük əhəmiyyət daşıdığını” deyib.

O, açıqlamasında bu səfərin “yeni üfüqlər açacağı”ndan danışıb araq deyib ki, hər iki tərəfin “yeni imkanlar açmaq” istəyi var.

“Biz diplomatik missiya olaraq, bu səfərin uğurlu keçməsi üçün bütün vasitələri və dəstəyi təmin etməkdə ciddiyik, çünki münasibətləri hər iki ölkənin və xalqın maraqlarına xidmət edəcək şəkildə inkişaf etdirmək vacibdir”, – Mamuri bildirib.

“Rudaw” saytı yazır ki, iki liderin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşündə Əliyev Bərzaniyə Kürdüstan bölgəsinin paytaxtı Ərbildə konsulluğun açılması üzərində çalışdıqlarını demiş

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment