İran – Metbuat.org https://metbuat.org Thu, 03 Oct 2024 03:57:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 https://metbuat.org/wp-content/uploads/2023/07/cropped-298011630_108014162012710_263532087096500316_n-32x32.jpg İran – Metbuat.org https://metbuat.org 32 32 İsrail İranı vurarsa, bunun Azərbaycana hansı təsiri ola bilər? https://metbuat.org/?p=7552 https://metbuat.org/?p=7552#respond Thu, 03 Oct 2024 03:57:23 +0000 http://metbuat.org/?p=7552 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranın İsrailə raket zərbələrindən sonra Tehranda keçirilən nümayişdə iranlı qadın Hizbullahın öldürülmüş lideri Həsən Nəsrullahın fotosunu tutub

İranın İsrailə birbaşa raket zərbələrindən sonra İsrail İrana cavab verəcəyinə söz verib.

Rəsmi Bakı sərhəddə sərhəd qonşusu olan və milyonlarla azərbaycan türkünün yaşadığı İranla milyardlarla dollarlıq silah aldığı və yaxşı əlaqələrinin olduğu İsrail arasında münasibətlərin pisləşməsinə hələlik reaksiya verməyib.

İsrailin Baş naziri Benjamin Netanyahu dəqiq tarix açıqlamasa da, raket zərbələrinin İrana “baha başa gələcəyini” deyib.

İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin müharibə istəmədiyini, lakin “daha sərt cavab verəcəklərini” açıqlayıb.

Başqa bir tərəfdən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İsrailin “Fələstin və Livandan sonra göz dikdiyi yerin… Türkiyə olduğunu” söyləyib.

Təl-Əviv bu açıqlamaya hələ ki, reaksiya verməyib.

Cənab Erdoğanın dediyi kimi, İsrail Türkiyə torpaqlarına doğru irəliləyərsə və ya İranla müharibəyə başlayarsa, Azərbaycan necə bir mövqe tutmalı olacaq? Yaxın Şərqdə bu gün baş verənlər Azərbaycan üçün nə deməkdir? – BBC News Azərbaycanca bu və başqa suallara cavab axtarıb.

Bundan sonra İsrail cənubdan Livana daxil olaraq hücuma başlayıb. İsrail bunu İranın dəstəklədiyi Hizbullahla mübarizə aparmaq üçün “lokal, məhdud” əməliyyat adlandırıb.

Buna cavab olaraq oktyabrın 1-də İran İsrailə azı 180 raket zərbəsi endirib.

İsrailin Livana zərbələri nəticəsində bir milyondan çox livanlı məcburi köçkün vəziyyətinə düşüb.

İsrail İranı vurarsa…

Şərqşünas alim, təhlilçi Aidə Qəmbər Yaxın Şərqdə baş verənləri “çox ciddi və təhlükəli” adlandırır.

“Bu silahlı qarşıdurmalar bütün müasir silahlarla təchiz olunub və bu silahlı qüvvələrin və hadisələrin baş verdiyi arieal get-gedə genişlənir. Təəssüf ki, proseslər Azərbaycanın sərhəddində baş verir, ona görə də proseslər məcradan çıxsa, Azərbaycan üçün də müəyyən problemlər yarada bilər.”

Aidə Qəmbər diqqəti İsrailin İrana cavab verəcəyi, yəni Azərbaycanın qonşuluğuna raket zərbələri yağdıracağı ehtimalına yönəldərək deyir ki, bu halda raketlər nə qədər idarəolunan olsa da, “hər şey ola bilər” və raketlərdən hansısa Azərbaycan ərazisinə düşə bilər: “Bu, Azərbaycan üçün çətinlik deyilmi?”

Təhlilçi hesab edir ki, İsrail İranı vurarsa və bu zərbələr bir çox əraziləri əhatə edərsə, azərbaycanlıların sıx yaşadığı məntəqələr də hədəfə tuş gələ bilər: “Ona görə də bu həssas məqamda Azərbaycan olaraq, öz milli maraqlarımızdan çıxış etməliyik. Birinci növbədə bizim milli maraqlarımız önə çəkilməlidir. Sonrakı mərhələdə isə qeyd etdiyiniz ölkələrlə dostluq, qardaşlıq maraqları nəzərə alınmalıdır”.

Bitərəf millət vəkili Rasim Musabəyov hesab edir ki, Azərbaycan bu proseslərə nə bilavasitə müdaxilə edir, nə də ki, baş verənlərin Azərbaycana bilavasitə təsirləri var.

O, Azərbaycanın bu məsələdə “prinsipial mövqeyinin” olduğunu deyir:

“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində sülh yolu ilə iki dövlətin [İsrail və Fələstin] yaranması ilə orada münaqişənin tezliklə həll olunmasını dəstəkləyir”.

Rasim Musabəyov Azərbaycanın İsraillə diplomatik əlaqələrinin və çoxşaxəli münasibətləri olduğunu xatırladır və əlavə edir ki, rəsmi Bakı mövcud Fələstin hökumətinə də dəstək verir – “onlarla da əlaqələrimiz var”.

İsrailin İran ərazisini vuracağı halda isə, Musabəyov bunun “Azərbaycan üçün də mənfi təsirlərinin qaçılmaz” olduğunu qeyd edir.

“Azı ona görə ki, biz Körfəzdən- İran ərazisindən keçərək bir çox daşınmaları həyata keçiririk. … Naxçıvanla Azərbaycanın əsas ərazisi [arasında quru yolla əlaqə] İran vasitəsi ilə təmin olunur.”

Münaqişə riskləri artsa da, cənab Musabəyov Azərbaycanın konkret proseslərə təsiretmə imkanlarının məhdud olduğunu deyir.

“Doğrudur, hadisələr qonşuluğumuzda baş verir. Ancaq düşünmürəm ki, Azərbaycan hansısa bir şəkildə bu münaqişəyə cəlb oluna bilər. Baxmayaraq ki, cəfəng fikirlər səslənir ki, guya İsrail İrana zərbə vurmaq üçün Azərbaycan ərazisindən istifadə etmək istəyir. Bunların hamısı uydurmadır və bunu təsdiq edən heç bir fakt yoxdur”- çıxaraq belə “cəfəng fikirləri” tirajlamayaq.

İsrail Türkiyəni vurarsa…

Şərqşünas alim, təhlilçi Aidə Qəmbər indiki məqamda İsrailin Türkiyə ilə hər hansı münaqişəyə girəcəyini düşünmür.

Türkiyə və İsrail arasında “açıq hərbi toqquşmanı” reallıqdan uzaq adlandıran Musabəyov hesab edir ki, belə bir hadisə olarsa, Azərbaycan öz strateji müttəfiqini dəstəkləyəcək.

“Bizim İsraillə strateji əməkdaşlıqla bağlı heç bir əməkdaşlıq müqaviləmiz yoxdur. Bizim olduqca vacib əlaqələrimiz var, lakin onlar rəsmi şəkildə nə müttəfiqlik, nə də strateji əməkdaşlıq səviyyəsində heç bir sənədlə təsdiqlənmir”.

Neftin qiyməti qalxıb

Yaxın Şərqdə İran-İsrail arasında müharibə ehtimalının güclənməsi dünya bazarında neftin qiymətini artırıb.

Brent markalı neftin bir barelinin qiyməti 1 faiz artaraq 74,40 dollar olub.

İran dünyanın yeddinci ən böyük neft istehsalçısı və OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı) təşkilatının üçüncü ən böyük üzvüdür.

Qiymət artmasına səbəb neft tədarükündə problemlər yaranacağı ehtimalıdır.

“Azeri Light” (CIF) markalı Azərbaycan nefti də son günlər bahalaşıb, bir barelin qiyməti 2,5 ABŞ dolları və ya 3,3 faiz artaraq 77,69 ABŞ dollarına bərabər olub, APA Economics yazıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7552 0
Azərbaycanla sərhəddə İran “hərbi təlim keçir” https://metbuat.org/?p=7506 https://metbuat.org/?p=7506#respond Tue, 13 Aug 2024 20:26:24 +0000 http://metbuat.org/?p=7506 Read more

]]>

Şəklin mənbəyi, İRNA

Şəklin alt yazısı, “Partlayış səsi eşidilə bilər, əhali qorxmasın”, yerli rəsmi deyib.

İranın Azərbaycanla sərhəddə, Xəzərdə hərbi təlim keçirməsinə dair məlumatlar yayılıb.

İRNA xəbər verir ki, təlimlərin keçirildiyini İran Astarasının qubernatorunun siyasi və təhlükəsizlik üzrə müavini Seyid Həmid Musəvi açıqlayıb.

O, təlimlərdən qabaq İRNA-ya deyib ki, “bu gün axşam” hərbi qüvvələr Astaradakı hərbi donanma bazalarının birində təlim məşqləri edəcək və yerli əhali “partlayış səslərindən narahat olmasınlar”.

Bu təlimlər Həmas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran və İsrail arasında müharibə ehtimalının artdığı bir vaxtda keçirilir.

Azərbaycanla bağlı iddialar

Rəsmi Bakının ölkə sərhədinin yaxınlığındakı bu hərbi təlimlərə reaksiyası hələ ki, yoxdur.

İranla Azərbaycan arasında bir müddətə qədər gərgin olan münasibətlərdə son vaxtlar sakitlik hiss olunsa da, xarici və yerli mediada İran və İsrail arasında mümkün eskalasiyaya Azərbaycanın da cəlb olunmasının ehtimalına dair iddialar səslənir.

Bir neçə gün öncə Britaniyanın The Telegraph qəzeti yazıb ki, İran Prezidenti Pezeşkian İsrailə birbaşa hücumun nəticələrinin ağır ola biləcəyini əsas gətirərək, İsrailin İranın qonşuluğundakı gizli hərbi bazalarına hücum etmək təklifini səsləndirib.

Belə qonşu ölkələr arasında adı hallananlardan biri Azərbaycan olsa da, rəsmi Bakı bundan əvvəl, öz ərazisində heç bir xarici dövlətin hərbi bazasının olmadığını bəyan edib.

The Telegraph qəzetinin məqaləsindəki iddialara Bakı rəsmi münasibət bildirməsə də, hakimiyyətə yaxın APA xəbər agentliyi öz mənbələrinə əsasən yazıb ki, Bakı Tehrandan “bu iddiaların təkzibini gözləyir”.

Hələ ki, Tehran bu iddiaları ictimai şəkildə şərh etməyib.

Azərbaycan və İran arasında münasibətlər uzun müddət gərgin olub – Azərbaycanın İsraillə yaxın münasibətləri Tehranı, İranın isə Ermənistanla dostluğu Bakını qıcıqlandırır. İran, həmçinin Azərbaycanın Ermənistan ərazisindən istədiyi “Zəngəzur dəhlizi” layihəsinə qarşıdır. Ölkənin ali dini lideri Ayətulla Xameneyi Nikol Paşinyanla Tehranda görüşündə Zəngəzur marşrutunun əleyhinə olduqlarını deyib.

Məsud Pezeşkian Prezident seçildikdən sonra cənab Əliyevlə arasında səmimi söhbətin baş tutduğunu nümayiş etdirən rəsmi məlumatlar yayıldı.

İran İsraili vuracaqmı?

Bu arada dünyanın gözü İrana dikilib – Haniyənin Tehranda öldürülməsindən sonra hamı İranın İsraildən necə bir qisas alacağını izləməkdədir.

Qərb Tehranı İsraildən qisas almağa yönəlmiş hər hansı addımdan çəkinməyə çağırıb.

İran xarici işlər nazirlyinin sözçüsü Nasir Kənani buna cavab olaraq deyib ki, belə tələblər “siyasi məntiqdən uzaqdır və beynəlxalq qanun və prinsiplərin əleyhinədir və ölçüyəgəlməz bir xahişdir”.

Avqustun 12-də Prezident Məsud Pezeşkian Britaniya Baş naziri ilə telefonla danışıb və bildirib ki, Qərbin “Qəzzadakı bənzəri görünməmiş qeyri-insani cinayətlərə sakit qalması məsuliyyətsizlikdir və İsraili regionun və dünyanın təhlükəsizliyini risk altında qoymağa həvəsləndirir”.

Astaranın qubernator müavinin sözlərinə görə, təlim məşqləri müdafiə hazırlığının artırılması məqsədi daşıyır və fərz olunan hədəflərə hücum ediləcək.

Seyid Həmid Musəvi deyib ki, sərhəd şəhərindəki davamlı partlayışlar təlim məşqləri ilə əlaqədar olacaq və səslər şəhərin bəzi hissələrində eşidilə bilər.

“Burda Bəndər Astara sakinlərinin narahat olmasına səbəb yoxdur və bu yaxınlarda da Astara ərazisində eyni təlimlər keçirilib”, – o vurğulayıb , İRNA yazır.

95 minlik əhalisi olan Astara Azərbaycanla həmsərhəddə yerləşir. İRNA yazır ki, şəhərin dəniz, dəmiryolu və magistral yol sərhədi var və regionda ticarət qabiliyyətlidir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7506 0
Azərbaycan və İran “qardaş ölkə” olacaqmı – Pezeşkianın prezidentliyi nə vəd edir? https://metbuat.org/?p=7443 https://metbuat.org/?p=7443#respond Wed, 24 Jul 2024 16:34:51 +0000 https://metbuat.org/?p=7443 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Səadət Akifqızı
  • Vəzifə, BBC Azərbaycanca

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycana, o da Əliyevi İrana dəvət edib. Azərtac yazır ki, hər iki lider dəvəti “məmnunluqla qəbul edib”.

İranın yeni seçilmiş Prezidentinin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran azərbaycanlılarının milli hüquqlarıyla bağlı problemlərin həllinə diqqət artırıb.

Yeni Prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli, Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması kimi problemlərin həlli də gözlənir, BBC News Azərbaycancaya danışan təhlilçilər deyirlər.

GünAz TV-nin təmsilçisi Araz Obalıya görə, gözləntilər yüksək olsa da, əslində Məsud Pezeşkian ölkəyə rəhbərlik edən dini lider Xameneyinin “hördüyü divarın içindədir”.

“Əgər Ali lider Azərbaycanla münasibətlərin gərginləşməsini istəyəcəksə”, Pezeşkian bu siyasəti aparacaq, – Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan BBC News Azərbaycancaya bildirir.

ABŞ-da yaşayan İran azərbaycanlısı, sosioloq Ramin Cabbarlı isə hesab edir ki, Pezeşkianın prezident olaraq səlahiyyətləri məhdud olsa da, o, azərbaycanlıların ana dili, Urmiya gölünün quruması ilə bağlı illərlə etiraz etdiyi problemləri həll edə bilər.

“Azərbaycanın İranla münasibəti arzu etdiyimiz səviyyədə olmayacaq”

İlham Əliyevlə Məsud Pezeşkian bazar ertəsi günü olan telefon söhbətində “ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf edəcəyinə əminlik ifadə olunub”, – Azərtac yazıb.

Onlar ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar, – dövlət agentliyi bildirib.

Son aylara qədər Azərbaycan-İran arasında münasibətlər Azərbaycanın İrandakı səfirliyinə ölümcül hücumdan sonra gərginliyin pik həddinə çatmışdı. Rəsmi Bakı bu hücumu “terror adlandırmış”, bunda İran hakimiyyətini məsul tutmuş, Tehrandakı səfirliyini bağlamışdı. İran bunu məişət zəminində cinayət hadisəsi kimi təsvir etmişdi.

Azərbaycan hələ də Tehranda səfirliyinin fəaliyyətini bərpa etməyib.

İranla Azərbaycan arasında münasibətlərin “biz güney azərbaycanlıların arzu etdiyi kimi olması mümkün deyil”, ABŞ-da mənzillənən GünAz TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Araz Obalı BBC News Azərbaycancaya deyir. O bunun səbəbini İran hökumətinin xarici və daxili siyasətini müəyyənləşdirən ideologiyada görür.

Araz Obalı hesab edir ki, məhz buna görə Azərbaycanın İranla münasibəti Türkiyə ilə olduğu kimi “qardaşlıq bağları” əsasında inkişaf etməyəcək.

“Pezeşkian ölkənin xarici siyasəti üçün nə edə bilər? O, yalnız siyasi rəhbər Xameyeninin hördüyü divarın içində nəsə edə bilər. Pezeşkian qonşuları ilə savaş istəmir. Zaman keçdikcə, bunun hansı səviyyədə olacağını görmək mümkün olacaq”, – Araz Obalı deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkianın bu “divarı” yarıb keçməyə nə gücü, nə də səlahiyyəti var.

“Əgər Xameneyi Azərbaycanla münasibətlərin pisləşməsini istəyərsə…”

Iran prezidenti Pezeşkian

Şəklin mənbəyi, Getty Images

“Əgər Xameyenin xarici siyasət kursunda Azərbaycanla münasibətlər pisləşməlidirsə, Pezeşkian münasibətlərin kəskinləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Yox, əgər siyasi kurs bu əlaqələrin mülayimləşdirilməsi, əməkdaşlıqdırsa, onda Prezident bu xətti davam etdirəcək”, -Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir.

Onun sözlərinə görə, Pezeşkianın Azərbaycanla münasibətləri “müstəqil olaraq, yaxşılaşdırmaq, inkişaf etdirmək, gücləndirmək, “bir qardaş, iki dövlət” deyə bir şüar irəli sürmək kimi bir səlahiyyəti yoxdur”.

İranda ölkənin ali rəhbəri Əli Xameneyi sayılır. O, məhkəmə, ordu və media rəhbərlərini təyin edir, prezidentin seçildiyini təsdiqləyir.

Prezident ən yüksək vəzifəli şəxsdir və ali liderdən sonra ikincidir. O, hökumətin gündəlik işinə cavabdehdir və daxili siyasətə və xarici siyasətə əhəmiyyətli təsir göstərir.

Lakin onun səlahiyyətləri nisbətən məhduddur – xüsusən də təhlükəsizlik məsələlərində. Polis qüvvələrinin komandiri ali rəhbər tərəfindən təyin edilir və birbaşa onun qarşısında cavabdehdir.

Sədrəddin Soltan deyir ki, Pezeşkian islahatçılar qanadının nümayəndəsi kimi təmsil olunsa da, bu o anlama gəlmir ki, islahatçılar ölkənin siyasi quruluşunda köklü dəyişikliklər eləmək istəyirlər. “Burda, əsasən, Qərblə münasibətlərin yaxşılaşdırılması nəzərdə tutulur”, – deyə o əlavə edir.

Onun fikrincə, Pezeşkian hicab məsələsini yumşalda bilər, amma bunu edəcəksə belə, bu fəaliyyətə Ali rəhbər tərəfindən şərait yaradılacaq.

“Pezeşkian Urmiya gölünə su dolduran deyil. O, Azərbaycan türkünün öz dilində məktəb açılmasına fədakarlıq göstərə bilməz. Çünki o təkcə Azərbaycan türkü deyil, həm də İran prezidenti və vətəndaşıdır.

Ölkədəki digər xalqlara milli mədəni haqların verilməsi Konstitusiyada nəzərdə tutulub və ona görə kosmetik işlər görülə bilər, amma o, fundamental islahatların aparılmasına başçılıq edə bilməyəcək”, – Sədrəddin Soltan deyir.

İslahatçı Məsud Pezeşkian iyulun 5-də sərt mühafizəkar rəqibi Səid Cəliliyə qalib gələrək İran prezidenti seçilib.

Prezident seçkisinin ikinci turunda o, 30 milyondan çox səsin 53,3 faizini qazanıb, Cəlili isə 44,3 faiz səs toplayıb.

Ürək cərrahı və İran parlamentinin üzvü olmuş Pezeşkian İranın əxlaq polisini tənqid edib, ölkənin dünyadan “təcrid olunmasına” son qoymağı vəd edib.

O, həmçinin Qərblə “konstruktiv əməkdaşlığa” çağırıb.

İran son illərdə nüvə proqramına görə Qərbin sərt sanksiyaları ilə üzləşib.

GünAz TV-nin Azərbaycandakı təmsilçisi Araz Obalı deyir ki, xalq Qərblə münasibətlərin yaxşılaşdırılmasını istəyir. “Çünki bu gərgin münasibətlər daha çox xalqa təsir edir, nəinki vəzifəli məmurlara. Onların, “ABŞ-a, Qərbə ölüm” deyənlərin uşaqları ABŞ-da, Qərbdə təhsil alırlar, yaşayırlar”, – o əlavə edir.

Araz Obalı qeyd edir ki, eyni zamanda insanlar hicab siyasətinin dəyişməsini istəyir, iqtisadi problemlərin həllini, idarəçilikdə qohumbazlıq, korrupsiya məsəllərini aradan qaldırılmasını istəyir.

Onun sözlərinə görə, İranda milli şüur əvvəlki illərlə müqayisədə xeyli dəyişib və hakimiyyət gec-tez mədəni haqları vermək məcburiyyətində qalacaq.

“Məsələn, ana dili gününü qeyd etmək üçün tədbir keçirə bilərik. Bu cür tədbirlərə icazə verilə bilər”.

Araz Obalı hesab edir ki, Məsud Pezeşkian “Urmiya gölünün qurudulmasının qarşısını ala bilər”, amma bunun üçün gölə gələn “yüzdən çox çayların qarşısına qoyulan süni sədlərin” açılmasına nail olmaq lazımdır.

Açıq sözlü kimi tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb.

Pezeşkianın parlamentdəki çıxışı sessiyanın dayandırılması ilə nəticələnib. O, çıxışında imam Əlinin sözlərini təkrarlayaraq, “insanlara vəhşi heyvanlar kimi hücum etməyin, deməyin ki, “mən ağayam, kim səsini çıxartsa, onu əzəcəm” ifadələrini işlədib.

İran Urmiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Urmiya gölü

ABŞ-da yaşayan İran azərbaycanlısı, sosioloq Ramin Cabbarlı deyir ki, Pezeşkian azərbaycanlıların problemlərini uzun illər bilən, bu barədə danışan siyasətçidir: “O, İran Azərbaycanının yeraltı sərvətlərinin başqa bölgələrə daşınmasına etiraz edib. Təbrizdə seçkiqabağı çıxışında da bildirdi ki, Süngünün misinin daşınmasına izn verməyəcək, o, buranındır. Hər halda belə vəd maraqlı idi”.

Ramin Cabbarlı deyir ki, İran azərbaycanlılarını ən çox narahat edən Urmiya gölünün qurumasıdır, əgər göl tamam quruyarsa, ətrafında yaşayan azərbaycanlılar oranı kütləvi tərk etmək məcburiyyətində qalacaqlar.

“Prezidentin ixtiyarı var bunu həll etməyə və ciddi şəkildə iş görə bilər. O bu məsələlərə uzun illər toxunduğu üçün azərbaycanlılarda inam var ki, Pezeşkian artıq səlahiyyətləri olan prezident kimi bu problemlərin həllinə çalışacaq”, – o deyir.

“Məsud Pəzəşkian uzun illər azərbaycanlılara qarşı həqarətlər edilməsinə etiraz edib, parlamentdəki çıxışlarında dəfələrlə vurğulayıb ki, türklüyü ilə qürur duyur, heç bir etnikdən aşağı deyil, heç bir etnik də ondan üstün deyil”, – Ramin Cabbarlı deyir və bildirir ki, etnik kimliyini qabartmaqdan çəkinməyən bir siyasətçinin ölkədə yüksək vəzifəyə gəlməsi İranda yaşayan azlıqlar üçün müsbət hadisədir və belə bir siyasi təmsilçilik milli azlıqlar üçün yeni imkanlar açır.

Məsud Pezeşkian yaxın günlərdə prezident kimi and içəcək.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7443 0
Cənubi Qafqazda ən çirkli hava Ermənistandadır yoxsa Azərbaycanda? https://metbuat.org/?p=6874 https://metbuat.org/?p=6874#respond Thu, 21 Mar 2024 16:37:35 +0000 https://metbuat.org/?p=6874 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, İlkin Həsənov
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

2023 Dünya Hava Keyfiyyəti Hesabatına görə, Azərbaycan dünya ölkələri sırasında havanın çirkliliyi cədvəlində 52-ci yerdə qərarlaşıb.

Dünyanın 134 ölkəsinin hava çirkliliyi dəyərlərini təhlil edən 2023 Dünya Hava Keyfiyyəti Hesabatı bu günlərdə ictimaiyyətə açıqlanıb. Azərbaycanın ən çirkli havası olan şəhəri isə Bakı olub.

Qonşu ölkələrdən çirkliliyə görə cədvəldə Ermənistan 31-ci, Türkiyə 44-cü, Gürcüstan 62-ci, Rusiya 94-cü yeri tutub. İran, ictimaiyyətə açıq monitorinq məlumatlarının olmaması səbəbindən 2023-cü ildə qiymətləndirmə sırasında olmayıb.

Hesabatın nəticələrinə görə, Qafqazda hava çirkliliyinin ən çox olduğu ölkə Ermənistan olub, elə regiondakı paytaxtlardan da Yeravan ən çox hava kirililiyi olan şəhər kimi göstərilib.

İsveçrədə yerləşən hava keyfiyyəti texnologiyası şirkəti IQAir tərəfindən hər il dərc edilən hesabat hər kubmetr üçün xırda hissəciklərin (PM 2.5) sıxlığının ölçülməsinə əsaslanır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hava çirkliliyi həddi dəyərlərindən istifadə edən hesabata görə, ötən il dünya üzrə yalnız 7 ölkə bu həddən aşağı təmiz hava ilə nəfəs alıb. Bu ölkələr Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya, Mavriki və Yeni Zelandiyadır.

Yerevanın mərkəzindən bir görüntü

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Yerevanın mərkəzində bir park

ÜST standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri ən çox 5 μg/m3 olmalıdır. Hesabata görə, Azərbaycanda 2023-cü ildə bu göstərici 18,8 olub və siyahıda 52-ci yerdə qərərlaşıb. Hesabata görə, 134 ölkə və regiondan 124-ündə göstəricilər bu dəyərdən yuxarı olub və həmin yerlərdə əhali çirkli hava ilə nəfəs alıb.

Havasının ən çirkli olduğu paytaxtlar arasında Bakı dünyada 45-ci yerdə qərarlaşıb. Qonşu ölkələrn paytaxtlarının siyahıdakı yerləri belədir: Yeravan 27-ci, Tbilisi 59-cu, Ankara 76-cı, Moskva 81-ci yerdə olub.

Qonşu ölkələrin paytaxtlarının hava çirkliliyi göstəricilərinə görə sırası

Sənəddə havası çox çirklənən regional şəhərlər sırasında Ermənistandan iki şəhər göstərilib, hava ən az çirklənən regional şəhərlə sırasında isə Tbilisi göstərilib. Bakı və Azərbaycandan hər hansı başqa şəhər bu kateqoriyada yer tutmayıb.

7 min 812 şəhərdə təxminən 30 min hava keyfiyyəti monitorinq stansiyasının məlumatları ilə yaradılan hesabata görə, ən çirkli havaya sahib ölkələr arasında birinci olan Banqladeş sakinləri 2023-cü il ərzində ÜST-nin PM2.5 göstəricisinin 15 qatı həcmində çirkli hava ilə nəfəs alıb.

Ən aşağı göstəricilər siyahsında Banqladeşdən sonra Pakistan (ÜST-nin göstəricisindən 14 dəfə çox), Hindistan (10 dəfə çox), Tacikistan (9 dəfə çox) və Burkino Faso (9 dəfə çox) yer alıb.

Bakıda neftayırma zavodunu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bakıda neftayırma zavodunu

Saç telinin diametrinin 30-da biri qədər olan PM2.5 hissəcikləri bəzi tənəffüs yolları xəstəlikləri və ağciyər xərçəngi ilə əlaqələndirilir.

Dünyada hər doqquz ölümdən birinə səbəb olan hava çirkliliyi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükə kimi qiymətləndirilir. ÜST-nin məlumatına görə, hər il yeddi milyon vaxtından əvvəl ölüm havanın çirklənməsi ilə əlaqələndirilir.

PM 2.5 hava çirkliliyinə məruz qalma, astma, xərçəng, insult və ağciyər xəstəlikləri də daxil olmaqla çoxsaylı sağlamlıq problemlərinə səbəb olur.

Bundan əlavə, yüksək səviyyədə xırda hissəciklərə məruz qalma uşaqlarda əqli inkişafının pozulmasına və psixi sağlamlıq problemlərinə səbəb ola bilər.

Azərbaycanda hava çirklənməsinə nəzarət üçün “monitorinqlər keçirilir”

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova 2023-cü ilin sonunda “Yeni Azərbaycan” qəzetinə bildirib ki, Azərbaycanda hava çirklənməsinə nəzarət üçün müvafiq monitorinqlər keçirilir.

“Müəyyən vaxtlarda, əsasən də əlverişsiz meteoroloji şəraitdə atmosfer havasında çirkləndiriyi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir”, Mətanət Avazova deyib.

Nazirliyin nümayəndəsi onu da bildirib ki, Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır.

O deyib ki, başqa ölkələrin ərazisindən Azərbaycana “tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır”.

Mətanət Avazovanın sözlərinə görə, əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur.

“Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var”.

ETSN-nin saytının məlumatına görə, 2020-ci ildən ölkədə hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb.

Stasionar hava monitorinqi stansiyası

Şəklin mənbəyi, eco.gov.az

Şəklin alt yazısı,

Stasionar hava monitorinqi stansiyası

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=6874 0
2023-cü ildə Azərbaycanda baş verən 5 ən önəmli hadisə https://metbuat.org/?p=4901 https://metbuat.org/?p=4901#respond Sat, 30 Dec 2023 15:04:31 +0000 https://metbuat.org/?p=4901 Read more

]]>

Şəklin mənbəyi, PRESIDENT.AZ / SOSİAL MEDİA

Bu il Azərbaycanda insanların sosial-iqtisadi vəziyyətlərinə görə etdikləri etirazlardan tutmuş Qarabağ ətrafında, eləcə də Azərbaycanın bəzi qonşu ölkələrlə siyasi-hərbi əlaqələrinə qədər bir çox mühüm hadisələr baş verdi.

BBC News Azərbaycanca bu hadisələrdən 5 ən önəmlisini seçib.

1. Dağlıq Qarabağ ləğv olundu

İlham Əliyev, Qarabağ, Azərbaycan, Xankəndi

Şəklin mənbəyi, PRESIDENT.AZ

Rəsmi Bakının “lokal antiterror tədbirləri” adlandırdığı hərbi əməliyyatdan sonra Prezident İlham Əliyev bununla da Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirdi.

Tanınmamış “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdi. Bundan sonra Qarabağdakı ermənilər bölgəni tərk etdilər.

Ermənistan hökumətinin açıqlamasına görə, “antiterror tədbirlərindən sonra 100 mindən çox etnik erməni” Ermənistana köçdü.

2. Bölgələrdə etirazlar

Gədəbəy, Söyüdlü, etiraz, aksiya

Şəklin mənbəyi, SOSİAL MEDİA

İlin ən səs-küylü hadisəsi isə Gədəbəy və Saatlı rayonlarında baş verdi.

Saatlıda sakinlərin susuzluğa görə, Gədəbəyin Söyüdlü kəndində isə yerli camaatın ekoloji vəziyyətlə bağlı keçirdiyi etiraz aksiyaları polis tərəfindən rezin güllə və gözyaşardıcı qazdan istifadə etməklə dağıdıldı.

Prezident Əliyev Söyüdlüdə baş verənləri təxribat adlandırdı və polisin bu aksiyalarda özünü “ləyaqətlə apardığını” bildirdi.

3. Jurnalist və fəalların həbsi

media, Azərbaycan, söz azadlığı

Şəklin mənbəyi, SOSİAL MEDİA

2023-cü il həm də müstəqil media qurumlarına və araşdırmaçı jurnalistlərə qarşı aparılan həbslərlə yadda qaldı.

Hökumətin yüksək vəzifəliləri ilə bağlı korrupsiya əməllərini araşdıran AbzasMedia saytının, 1- milyon 600 minə yaxın izləyicisi olan və tənqidi mövqe sərgiləyən Kanal 13 internet televiziyasının, eləcə də Kanal 11 və Azerinfo saytının əməkdaşları həbs olundular.

Jurnalistlər həbs səbəblərini peşə fəaliyyətləri ilə əlaqələndirdilər.

4. Səfirliyə hücum

İran, Azərbaycan, siyasət, səfirlik

Şəklin mənbəyi, SOSİAL MEDİA

Bir nəfərin ölümü ilə nəticələnən hücum iki ölkə arasında diplomatik gərginliyi pik həddə çatdırsa da, ilin sonuna yaxın münasibətlərdə yumşalma müşahidə edildi.

Buna baxmayaraq, İran səfirliyə hücumun siyasi deyil, şəxsi motivli olduğunu bildirsə də, Azərbaycan hələ də bu versiyanı qəbul etmir və Tehrandan məsələni ciddi araşdırmağı tələb edir.

5. Sui-qəsd

Fazil Mustafa, Milli Məclis, deputat, millət vəkili

Şəklin mənbəyi, SOSİAL MEDİA

Millət vəkili Fazil Mustafanın evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralanması isə 2023-cü ilin sui-qəsd hadisəsi idi.

Deputat ona edilən sui-qəsdin sifarişinin İrandan gəldiyini bildirdi və bunu İranla bağlı səsləndirdiyi tənqidi fikirlərlə əlaqələndirdi.

Bu ittihamlara İranın reaksiyası məlum deyil.

Bu, son illərdə siyasi-ictimai xadimə qarşı edilən ilk sui-qəsd idi.

2023-cü il həm də bəzi gözləntilərin reallaşmaması ilə yadda qaldı. Belə ki, ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanacağı güman edilsə də, bu baş vermədi. Karantin rejimi ləğv edilmədi və 2020-ci ildə koronavirusa görə bağlanan quru sərhədlər bu il də bağlı qaldı.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=4901 0
Ermənistan üçün önəmli 5 hadisə – 2023-də nələr baş verib? https://metbuat.org/?p=4897 https://metbuat.org/?p=4897#respond Sat, 30 Dec 2023 14:52:43 +0000 https://metbuat.org/?p=4897 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

2023-cü ildə Ermənistanda Qarabağdakı ermənilərin “humanitar böhranla üzləşməsi” xəbərləri dominantlıq edib.

BBC News Azərbaycanca bu il Ermənistan üçün önəmli olan 5 hadisəni seçib.

1. Azərbaycan Laçın dəhlizində öz sərhəd-buraxılış məntəqəsini qurdu

2023-cü ilin ilk günü Ermənistan mediası Qarabağda “humanitar böhran başlanması” barədə xəbərlər yaymağa başladı.

Rəsmi Bakı “humanitar böhran” iddialarını rədd edib.

Həmin vaxt 20 gün idi ki, bir qrup azərbaycanlı ictimai fəal Şuşa yaxınlığında fasiləsiz aksiya keçirirdi və buna görə Laçın dəhlizində Rusiya sülməramlıları və “Qızıl Xaç”ın maşınları istisna olmaqla gediş-gəliş dayanmışdı.

Azərbaycan aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında öz sərhəd-buraxılış məntəqəsini qurdu və bundan sonra Qarabağ erməniləri Ermənistana gedib-gəlmək üçün bu məntəqədən istifadə etməli oldu.

2. Azərbaycanla sülh sazişinin müzakirəsi başlandı

Bu il ərzində Ermənistan və Azərbaycan liderləri Rusiya, Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə bir neçə dəfə görüşüblər.

Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyilə keçirilən görüşlərdə tərəfər bir-birinin ərazi bütövlüyünü 1991-ci il Alma-Atada qəbul olunmuş bəyannaməyə əsasən tanıdıqlarını bildiriblər.

Rusiya bildirib ki, sərhədlərin delimitasiyası Moskvada olan keçmiş sovet xəritələrinə əsasən həyata keçirilə bilər.

3. Paşinyandan Qarabağın Azərbaycan ərazisi olması bəyanatı

Ermənistan Baş naziri Nikol Paşinyan öz çıxışlarında Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayıb.

Paşinyan deyib ki, Ermənistan Azərbaycanın 86, 6 min kvadrat kilometr, Azərbaycan Ermənistanın 29,8 kvadrat kilometr ərazi bütövlüklərini tanıyırlar.

Onun bu bəyanatı Ermənistanda müxalif qüvvələr və əhalinin bir qismi tərəfindən tənqidlərə məruz qalırdı. Hətta buna görə Yerevanda etiraz aksiyaları da keçirildi.

4. Qarabağda son hərbi əməliyyat

Bu ilin sentyabrında Azərbaycanın Qarabağda apardığı və “lokal xarakterli antiterror əməliyyatı” adlandırdığı hərbi əməliyyatlar nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası özünü buraxdığını bəyan etdi.

Bir gün çəkən hərbi əməliyyatlar zamanı Nikol Paşinyan bəyan etdi ki, Ermənistan Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmayacaq, çünki “Qarabağda Ermənistan ordusu” yoxdur.

Hərbi əməliyyat zamanı Azərbaycanın 192 hərbçisini itirdi. Erməni tərəfi birgünlük əməliyyat zamanı Qarabağın ermənilər yaşayan ərazilərində “10-u dinc sakin olmaqla, azı 200 nəfərin” öldüyünü bildirib.

5. Ermənilər Qarabağı kütləvi şəkildə tərk etdi

19-20 sentyabr hərbi əməliyyatından sonra Qarabağda yaşayan erməni sakinlər oranı tərk etməyə başladı.

Ermənistan 100 mindən çox erməninin Qarabağdan çıxdığını bildirib. Azərbaycan rəqəm açıqlamayıb.

Rəsmi Bakı bildirib ki, ermənilər Qarabağı könüllü tərk edib və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün planını açıqlayıb.

Qarabağdan gedənlərin bir çoxu bölgələrdəki uşaq bağçası, keçmiş mədəniyyət evləri, idman zalları və yataqxanalarda yerləşdiriliblər.

Hökumət hələlik onlara 100 min dram (təxminən 419 manat) birdəfəlik yardımdan əlavə, kommunal xərclər üçün 10 min dram (təxminən 42 manat) verir.

İlkin olaraq 5,5 milyon avro yardım edən Fransa vəsaitin 15 milyon avroya çatdırılacağını bəyan edib, onun 5,5 milyon avrosunu artıq ödəyib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təxminən 70 min qaçqının ərzaqla, humanitar müdafiəsi və sığınacaqla təmin olunması üçün 4 milyon dollar, Avropa İttifaqı 5,2 milyon avro ayırdığını elan edib.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=4897 0
ABŞ Azərbaycandan nə istəyir? Hərbi yardımı niyə dayandırıb? 5 suala cavabda https://metbuat.org/?p=4493 https://metbuat.org/?p=4493#respond Thu, 16 Nov 2023 14:03:59 +0000 https://metbuat.org/?p=4493 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi James O’Brien Konqres qarşısında Qarabağla bağlı çıxış edib.

  • Müəllif, İlkin Həsənov
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Çərşənbə günü ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’Brien Konqresdəki dinləmələrdə çıxış edib və Azərbaycan haqqında sərt tənqidlər səsləndirib.

James O’Brien deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq.

Diplomat, Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi hərbi əməliyyatlarlardan sonra, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini deyib.

Rəsmi Bakı James O’Brien-ın hesabatını “birtərəfli və qərəzli” hesab etdiyini deyərək, onun fikirlərini “səmərəsiz, əsassız və qəbuledilməz” kimi qiymətləndirib.

Azərbaycan dinləmələrdən sonra, həmçinin Ermənistanla sülh danışıqlarının Washington platformasından imtina etdiyini və yüksək səviyyəli ABŞ rəsmilərinin Bakıya mümkün səfərlərini “yersiz” saydığını bildirib.

ABŞ uzun illər Azərbaycanı starteji tərəfdaş kimi gördüyü deyib. NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər.

Ceyhun Bayramov ABŞ-da Prezident Joe Bidenlə görüşüb

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı,

Azərbaycan-ABŞ əlaqələri hər zaman pis olmayıb. Sentyabrda Azərbaycan XİN Ceyhun Bayramov New-Yorkda ABŞ Prezidenti Joe Biden-in təşkil etdiyi rəsmi qəbulda iştirak edib

Dinləmələrdə nə danışılıb?

Dinləmələrdə ABŞ diplomatları deyiblər ki, Azərbaycana güc tətbiq etməməklə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, sentyabrın 19-da Qarabağda keçirilən hərbi əməliyyatlardan sonra, demək olar ki, bütün etnik ermənilər – 100 mindən çox adam ərazini tərk edərək Ermənistana sığınıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə deyib ki, belə açıqlamalar “regionda sülh və təhlükəsizliyi sarsıdır”.

ABŞ rəsmiləri dinləmələrdə bildiriblər ki, ABŞ-da Azərbaycana birbaşa yardımları qadağan edən, “907-ci düzəliş” kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar.

Azərbaycan bunu “bədxah addım” kimi qiymətləndirib və ABŞ-ın yadına “Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə” olduğunu salıb.

Birinci Qarabağ müharibəsindən sonra ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi edilib ki, bu da bu ölkədən Azərbaycana birbaşa yardımları qadağan edir və hər il ABŞ Prezidentinin qərarı ilə bu sənədin tətbiqi müvəqqəti dayandırılırdı.

Dinləmələrdə Qarabağdan Ermənistana sığınan şəxslərlə bağlı ABŞ-ın bu ölkəyə 11,5 milyon dollar yardımından əlavə, daha 6 milyon dollar məbləğində əlavənin də olacağı danışılıb.

Diplomatlar deyiblər ki, etnik ermənilər üçün ayrılacaq yardım ərzaq, gigiyena, sığınacaq və yeni gələnlərin yaşadığı ərazilərin yerli idarələrinə sərf ediləcək.

Bundan başqa, bildirilib ki, sülh olarsa, regional dövlətlər regional kommunikasiya xətlərini açmaqla müstəsna imkanlar əldə edə bilərlər, amma sülhün olmaması buna mane olur.

ABŞ dipomatları deyiblər ki, regionda Rusiya və İranın iştirakı ilə təhlükəsizlik təminatı stabil deyil və Ermənistan və Azərbaycan üçün arzuolunan deyil.

James O’Brien deyib ki, indi hər iki ölkə fərqli imkanlar seçmə şansları əldə ediblər.

Bundan başqa, dinləmələrdə çıxış edənlər ABŞ-ın tərəfləri sülhə çağırdığını təkrarlayıblar və sentyabrdan bəri ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Yerevan və Bakıya 13 səfər etdiyini deyiblər.

Dinləmələrin məqsədi nədir?

ABŞ Konqresində olan dinləmələrdə Azərbaycan bir neçə məsələdə tənqid olunub.

Bunların arasında 19 sentyabr “antiterror” əməliyyatları, Azərbaycanın “gücdən istifadə” etməsi, Laçın dəhlizinin bağlanmasının Qarabağ ermənilərində “stres və xəstəliklər” yaratması iddiaları da var.

“Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk”, – Azərbaycan XİN deyib.

Siyasi təhlilçi Fuad Şahbazovun fikrincə, dinləmələdən belə görünür ki, ABŞ Azərbaycanı regionda “iddialı siyasətdən” çəkindirmək, onu sakitləşdirmək üçün Azərbaycana təzyiq etmək qərarına gəlib, o, BBC Azərbaycancaya bildirib.

Fuad Şahbazova görə, ABŞ-dakı bu dinləmələrin əsas məqsədi regionda Rusiya və İranın iştirakını tənqid etmək olub və Azərbaycana yönəldilən tənqidlər də, əsasən onlara istiqamətlənib.

Onun fikrincə, ABŞ Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən daha çox Rusiyanın Qafqazdakı rolundan narahatdır.

Son vaxtlar ABŞ və Avropa İttifaqı rəhbərliyindən səslənən bəyanatlarda Ermənistanın demokrarik seçilən hakimiyyətinin gücləndirilməsinə, iqtisadi müstəqilliyin təmin olunmasına, ordu quruculuğuna, ticarətin saxələndirilməsinə və siyasi islahatların aparılmasına dəstək ifadə edilir.

Ermənistana bu istiqamətlərdə maliyyə, təlim, planlaşdırma sahələrində kömək vəd edilir, siyasi dəstək dilə gətirilir.

Fuad Şahbazovun fikrincə, bu dinləmələr vasitəsilə və Avropalı diplomatların bəyanatları ilə Ermənistan siyasi cəhətdən motivasiya olunur “və bu, çox güman ki, Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə töhfə verəcək və birincini Moskva ilə qarşıdurmaya razı salmaq təbliğ edilir”.

ABŞ nə istəyir?

Konqresdəki dinləmələrdə çıxış edənlər deyiblər ki, ABŞ Qafqazda sülh istəyir və tərəfləri sülhə çağırmaqda davam edir.

Siyasi təhlilçi Fuad Şahbazova görə isə, ABŞ Rusiyanın Qafqazdan çıxmasını istəyir.

“Rusiyanı Qafqazdan çıxarmağın indi ən yaxşı yolu Ermənistanla Rusiya münasibətlərinin korlanmasına daha çox töhfə verməkdir. Son vaxtlar ABŞ və Avropa rəsmilərinin Ermənistana tərif dolu komplimentlər yağdırması ondan irəli gəlir ki, onlar Ermənistanın Rusiya ilə münasibətlərinin daha da korlanmasına nail olsunlar”, – Fuad Şahbazov deyib.

Onun sözlərinə görə, ABŞ Qafqaza girib buradan Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyir.

Təhlilçi hesab edir ki, buna görə də ABŞ Qafqazda əsas oyunçular olan Rusiya və İranın təsirlərinin olmamasını və ya minimum olmasını istəyir.

Azərbaycana təsiri nə ola bilər?

Son üç idir ki, Ermənistan etiraz etdiyindən, Azərbaycanın “Zəngəzur dəhlizi” dediyi marşrutun İrandan keçən digər bir marşrutla əvəzlənməsi işləri başlayıb.

Fuad Şahbazovun fikrincə, ABŞ-dakı son dinləmələrdən belə məlum olur ki, bu ölkə son Azərbaycan-İran tranzit marşrutu müqaviləsindən narazıdır.

ABŞ dövlət katibinin köməkçisi James O’Brien Konqresdə deyib ki, sülhün iqtisadi faydaları ola bilər və bu, region ölkələrinin beynəlxalq ticarət yoluna çıxışına şərait yaradar. O bu yolun İrandan keçməsini uğurlu saymayıb və sadəcə seçimlərdən biri kimi qiymətləndirib.

Azərbaycan XİN bu bəyanata sərt reaksiya verib və deyib ki, İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə “Azərbaycanın suveren hüququdur”.

Fuad Şahbazovun sözlərinə görə, Azərbaycan-İran tranzit marşrutunun elə də böyük strateji əhəmiyyəti yoxdur, bu, Azərbaycan-İran arasında “diplomatik münasibətləri normallaşdırmaq üçün atılan adımdır və daha çox İrana sərf edir”.

Təhlilçi hesab edir ki, Azərbaycan hökuməti, çətin ki, James O’Brien-in bəyanatlarını ciddi qəbul etsin.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmasının da ciddi təsiri olmayacaq.

Fuad Şahbazov izah edir ki, hərbi yardım ən həssas dövr olan 1991-ci ildən 2001-ci ilə qədər ayrılmayıb və 2023-cü ildə də onun dayandırılmasının rəsmi Bakı üçün ciddi nəticələri olmayacaq.

“Nəticədə, Azərbaycan Çin istiqamətinə üz tutmağa başlaya bilər və Washington formatında Ermənistan ilə sülh danışıqlarına yenidən qoşulmaq çağırışlarına məhəl qoymaya bilər”, – Fuad Şahbazov deyib.

Sülh danışıqlarına təsiri ola bilərmi?

Dinləmələrdə səsləndirilən fikirlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına birbaşa təsir edib – rəsmi Bakı deyib ki, noyabrın 20-də Washington-da keçirilməsi təklif olunan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmasını mümkün hesab etmir.

Ermənistan və Azərbaycan arasında 2020-ci ildən sonra Moskva, Brüssel və Washington formatında sülh danışıqları aparılıb.

Bundan başqa, Azərbaycan Gürcüstanın vasitəçiliyi ilə ikitərəfli görüşlər təklif edib, amma Ermənistandan bu təklifə reaksiya bəlli deyil.

Təhlilçilər hesab edirlər ki, Ermənistan Rusiya ilə münasibətlərinin soyuqluğu və etimad əksikliyinə görə Moksva formatında sülh danışıqlarından boyun qaçırır.

Brüssel formatında isə Azərbaycan Fransanın iştirakına görə könülsüz davranır.

Azərbaycan Fransanın Ermənistanı silahlandırmasını və Azərbaycana qarşı siyasi addımlarını əsas gətirərək onun neytral mövqeyini qəbul etmədiyini bildirir.

Sülh danışıqları üçün Washington platforması bu dinləmələrdən sonra ən azı hələlik mümkünsüz görünür.

Siyasi təhlilçi Fuad Şahbazovun sözərinə görə, Washington platformasında irəliləyiş üçün Azərbaycan hökuməti bundan öncə də ABŞ-a hiss etdirib ki, bu ölkənin rəsmiləri Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan etmədiyi təqdirdə bu formatda da pauza yaranacaq.

“İndi Azərbaycan tələb edir ki, Avropa və ABŞ rəsmiləri bəyanatlarında və nitqlərində açıq-aşkar desinlər ki, bəli, Qarabağ Azərbaycan ərazisidir, yalnız ondan sonra Azərbaycan Washington formatına yenidən maraq göstərə bilər, amma James O’Brien-ın indiki ritorikası onu göstərir ki, bu platformada da bir müddət pauza yaranacaq”, – Fuad Şahbazov deyib.

Onun fikrincə, ABŞ rəsmlərinin indiki ritorikası altında Azərbaycanın ora gedib Washington formatında sülh danışıqlar aparması zəif ehtimaldır.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=4493 0
Paşinyanın “Sülh Qovşağı” xəritəsində Azərbaycanın indiyəqədərki tələblərindən fərqli nə var? https://metbuat.org/?p=4189 https://metbuat.org/?p=4189#respond Sat, 28 Oct 2023 10:10:14 +0000 https://metbuat.org/?p=4189 Read more

]]>

Şəklin mənbəyi, ERMƏNİSTAN HÖKUMƏTİ/TWİTTER

Ermənistanın “Sülh Qovşağı” xəritəsi layihəsi Azərbaycan tərəfinin səsləndirdiyi marşrutdan “çox da fərqlənmir”.

Bu barədə BBC News Azərbaycancaya danışan təhlilçi Fuad Şahbazov deyib ki, bu layihədə diqqətçəkən yenilik “Ermənistan iqtisadiyyatının dirçəldilməsi məqsədilə dənizlərə çıxış axtar”ışıdır.

Ermənistanın bu xəritəni nə üçün məhz Gürcüstanda nümayiş etdirməsini isə cənab Şahbazov həm Ermənistan, həm də Azərbaycanın Qərbdən gözləntilərinin qarşılanmaması ilə əlaqələndirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda özünün “Sülh Qovşağı” adlı Qafqazda komunikasiyaları açmağı təklif edən xəritə-layihəsini təqdim edib.

“Sülh Qovşağı” xəritəsində nə var?

“Sülh Qovşağı” xəritəsi layihəsində Ermənistanın – Qara, Aralıq, Xəzər dənizi və İran Körfəzinə çıxış imkanları göstərilir.

Xəritədə Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərində yol infrastrukturu üçün 7, dəmiryolu infrastrukturu üçün isə 5 sərhəd-keçid məntəqəsinin quraşdırılması nəzərdə tutulur.

Xəritə 4 əsas prinsip və əlavə olaraq da, bu prinsiplərə uyğun olaraq sərhəd və gömrük nəzarətinin qarşılıqlı razılıq və anlaşma yolu ilə yüngülləşdirilməsini təklif edir.

  • Bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyaları altında fəaliyyət göstərsin.
  • Hər bir ölkə öz ərazisindəki aidiyyatı dövlət qurumları vasitəsilə nəqliyyat vasitələrinin, yüklərin və insanların öz ərazisindən keçidi də daxil olmaqla, sərhəd, gömrük nəzarəti və bütün infrastrukturların təhlükəsizliyini təmin etsin.
  • Bütün infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər.
  • Ölkələr bütün infrastrukturdan qarşılıqlı və bərabər şəkildə istifadə edirlər.

Siyasi təhlilçi Fuad Şahbazov BBC News Azərbaycancaya deyir ki, Nikol Paşinyanın nümayiş etdirdiyi xəritədə yenilik “Xəzər dənizi ilə bağlı hissə”dir.

Cənab Şahbazov hesab edir ki, Ermənistan regionda həmin bu dəhliz vasitəsilə Azərbaycan üzərindən Xəzər dənizinə çıxış əldə etməyi “hədəfləyir”.

“Digər bir istiqamət Gürcüstan və onun üzərindən Qara dənizə çıxışı ehtiva edirdi. Bir tərəfdə də təbii ki, Türkiyə ilə sərhədin açılması üçün ora gedən dəhliz – quru yoludur. Nəzərə alsaq ki, Ermənistan coğrafi baxımdan qapalı ölkədir, onun Xəzərə ya Qara dənizə çıxışı yalnız qonşu ölkələr vasitəsilə mümkündür”, – təhlilçi vurğulayır.

Fuad Şahbazov hesab edir ki, Ermənistanın belə bir qərar verməsinə təsir edən digər bir amil Azərbaycanla İranın “təzəlikcə Zəngilandan başlayan quru yolla bir tranzit dəhlizinin əsasını qoymasıdır”.

“Təməlqoyma mərasimindən sonra Ermənistan başa düşdü ki, indi müəyyən qərarlar qəbul etməsə, yaxın bir neçə ildə regionda əsası qoyulacaq digər tranzit layihələrdən də kənar qalacaq. Bu isə iqtisadi baxımdan gəlirli deyil və yanlış qərar olar”, – Fuad Şahbazov deyir.

Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov da bir müddət əvvəl BBC-yə müsahibəsində bildirmişdi ki, Ermənistan bu layihələrin icrasına qarşı mövqe ortaya qoymaqda davam edərsə, o zaman Azərbaycanın Naxçıvanla əlaqə yaratmaq üçün “B” variantı işə düşəcək.

Siyasi təhlilçi Fuad Şahbazov hesab edir ki, “Sülh Qovşağı” xəritəsində Ermənistanın hardan dəhliz istəməsiylə bağlı detal göstərilməsə də, bu ölkənin “ən məqbul saydığı yer Laçın dəhlizidir”.

Lakin o, Azərbaycanın Laçından keçən dəhlizə razılıq verəcəyinə “inanmır”.

O, İkinci Qarabağ müharibəsindən sonra həm Ermənistanın, həm də Qərbin Laçın dəhlizinin “eks-territorial status daşımalı olması ilə bağlı Azərbaycana etdiyi təzyiqləri” xatırladır.

“Siyasi olaraq, Azərbaycan hökumətinin belə bir qərar verəcəyini düşünmürəm. Həm də ki, bu Azərbaycan tərəfinin Zəngəzur dəhlizi çərçivəsində inşa etdiyi bütün infrastruktur, Ağbənd yolu dediyimiz magistral yol da Zəngilan ərazisinə düşür. Məntiqi olaraq, Zəngilandan Naxçıvan ərazisinə bağlanacaq olan infrastruktura qoşulmaq daha rentabellidir, çünki orda işlərin, demək olar ki, 80-90 faizi yekunlaşıb. Digər tərəfdə bu, Laçın olsa, gərək orda yeni infrastruktur inşa olunsun”.

“Sülh Qovşağı” xəritəsi layihəsi Ermənistanın İran vasitəsilə körfəzə çıxış imkanı istədiyini də göstərir:

“Əgər orda yükdaşıma olacaqsa, mütləq şəkildə o cür yükdaşımaları təmin etmək üçün texniki imkanlar mobilizasiya olmalıdır. Vaxtilə Ermənistandan Culfaya gedən dəmiryolu fəaliyyət göstərib, amma bir ara onun söhbəti gəzirdi ki, bu dəmiryolunun yenidən inşasına ehtiyac ola bilər.

Eyni şey də Zəngilana aid edilə bilər. Əgər orada yükdaşımalar həyata keçiriləcəksə – böyük ehtimal ki, burada yükdaşımadan söhbət gedir, – ordan keçən dəmiryolu üçün gərək infrastruktur yenilənsin. Bu isə sonrakı mərhələ olacaq, bundan əvvəl Ermənistan üçün vacib məsələ Azərbaycanla uzlaşmanın olmasıdır. Uzlaşma olduqdan sonra həm Xəzər dənizinə, həm də İran ərazisinə yükdaşımalar təmin oluna bilər”.

Xəritə niyə məhz Gürcüstanda nümayiş etdirildi?

Zəngəzur dəhlizi

Bu xəritənin məhz Gürcüstanda nümayiş etdirilməsini təhlilçi həm Azərbaycanın, həm də Ermənistanın Qərbin, o cümlədən Rusiyanın vasitəçiliyi ilə bağlı müəyyən “problemlərinin olması” və “inamsızlıqla” əlaqələndirir.

“Hər iki ölkə Qərb vasitəsilə maksimum nəticələr gözləyirdi. Məsələn, Azərbaycanın narazılığı onda oldu ki, 19 sentyabr hadisələri zamanı (Azərbaycan Qarabağda 2 mülki və 4 polis əməkdaşını itirməsi səbəbilə sentyabrın 19-da “antiterror tədbirləri” həyata keçirib- red.) əksər dövlətlər Azərbaycan əleyhinə kifayət qədər sərt dillə bəyanatlar verdilər.

Eyni zamanda, Charles Michel Azərbaycanla bağlı Azərbaycan XİN-in narazılığına səbəb olmuş açıqlama vermişdi. Fransanın mövqeyi xüsusi idi.

Ermənistan ictimaiyyətində isə məsələ belədir ki, Avropa Qarabağda yaşayan erməniləri müdafiə etmək üçün Azərbaycana sanksiya tətbiq etmədi, təzyiq göstərmədi.

Azərbaycanın Qərbə inamsızlığı isə ondan ibarət idi ki, Avropa ölkələrindən özünün ərazi bütövlüyünə daha böyük həssaslıq və daha çox hörmət gözləyirdi, bu isə olmadı. Bu da müəyyən mənada soyuqluq yaratdı. Ona görə də həm Azərbaycan, həm də Ermənistan beynəlxalq vasitəçilərdən uzaqlaşıb, daha yaxında olan Gürcüstan, İran, Rusiya və yaxud da Türkiyə kimi ölkələrə meylləndilər.

Avropa ərazi olaraq uzaqdadır, bu ölkələr isə daimi olaraq, regionla sıx bağlıdırlar. Ona görə də belə bir rəy ola bilər ki, Gürcüstan daha neytral, yəni, Türkiyə və Rusiyaya baxanda daha neytral oyunçudur və daha pozitiv addımlar ata bilər, nəinki Avropa və ya ABŞ”, – təhlilçi izah edir.

Gürcüstan və Azərbaycanın “daha çox strateji tərəfdaş” olduğunu vurğulayan Fuad Şahbazov deyir ki, buna baxmayaraq, “Gürcüstan bu illər ərzində həm Azərbaycan, həm də Ermənistanla o balansı daha çox qoruyub saxlaya bilib, nəinki Rusiya və ya Türkiyə ilə”.

O vurğulayır ki, məhz bu balans Gürcüstana “daha neytral və daha qərəzsiz mövqedə çıxış etməyə imkan verir”.

Gürcüstan ərazisində yaşayan xeyli sayda etnik erməni və azərbaycanlı icmaların indiyədək hər hansı iri çaxnaşma və ya qarşıdurmalarda iştirak etmədiklərini vurğulayan təhlilçiyə görə, bu, Gürcüstana “daha çox şans verir”.

Azərbaycan hökuməti Nikol Paşinyanın “Sülh Qovşağı” xəritəsi ilə bağlı hələlik reaksiya verməyib.

Fuad Şahbazovsa hesab edir ki, Azərbaycanın bu xəritəyə yüksək səviyyədə reaksiya verməsi üçün “sadəcə bir xəritənin nümayişi kifayət etmir”.

“Azərbaycan hökumətinin hələlik xüsusi reaksiyasını görməmişəm. Baş nazir Əli Əsədov Baş nazir Nikol Paşinyanın çıxışından sonra dedi ki, Ermənistan regional infrastruktur layihələrində Azərbaycanla birgə iştirak etmək istəyirsə, bunun üçün təbii ki, ilk öncə diplomatik razılaşma və uzlaşma olmalıdır və Ermənistan hazırdırsa, Azərbaycan da buna hazırdır. Bununla bağlı addımlar atılmalıdır, bəyanatlar səsləndirilməlidir ki, Azərbaycan tərəfi ona cavab versin”.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=4189 0
Brüssel görüşü niyə təxirə salındı, Əliyev və Paşinyan nə zaman görüşəcək? https://metbuat.org/?p=4160 https://metbuat.org/?p=4160#respond Wed, 25 Oct 2023 18:14:29 +0000 https://metbuat.org/?p=4160 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

İlham Əliyev və Nikol Paşinyanın Şarl Mişelin iştirakı ilə 2023-ci ilin mayın 14-də Brüsseldə əvvəlki görüşü

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda uzaqdan iştirak etdiyi forumda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş tutmayacaq.

Toivo Klaar görüşün təxirə salınmasına səbəb kimi vaxt problemini göstərib.

Oktyabrın 5-də Şarl Mişel Qranadada jurnalistlərin suallarını cavablandırarkən tərəflərin bu görüşlə bağlı razılığa gəldiyini açıqlamışdı.

Klaar qeyd edib ki, Brüsseldə Əliyev və Paşinyan arasında yeni bir görüş təşkil etməyə çalışırlar:

“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticə sənədin imzalanması olacaq”, – Toivo Klaar deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Kanadanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib ki, Brüssel görüşünün baş tutmamasına səbəb Azərbaycan Prezidentinin vaxtının olmamasıdır:

“Biz hələ də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən də, vaxtın azlığıdır. Və görüşün yeni tarixlərini müəyyən etmək imkanı olacaq. Ermənistan görüşə hazırdır, artıq dediyim kimi, biz sülh gündəminə sadiqik”, – Mirzoyan vurğulayıb.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri müxtəlif platformalarda çıxışları zamanı əsas məqsədlərinin ilin sonuna qədər sülh sazişinin imzalanması olduğunu vurğulamışdılar.

Oktyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edib.

Oktyabrın 19-da Yerevanda litvalı həmkarı İnqrida Simonite ilə görüşən Paşinyan deyib ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində sülh üçün yol xəritəsi müəyyən edilib.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Joshua Huck ilə görüşündə Ermənistanla sülh sazişi üzrə danışıqları irəli aparmaq və mümkün qədər tez bir zamanda imzalamaq arzusunu bir daha bəyan edib.

Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan rəsmi Yerevanın sülh sazişi ilə bağlı Bakının yeni təkliflərini aldığını, amma təklifə hələ cavab vermədiklərini bəyan etmişdi:

“Cavab paketini hazırlayarkən, Azərbaycan tərəfinin Qranada bəyanatı ilə bağlı açıq şəkildə mövqe nümayiş etdirməsini və bunun onlar üçün məqbul olub-olmadığını gündəmə gətirməsini gözləyirik”, – Vahan Kostanyan açıqlamışdı.

Şarl Mişel, Nikol Paşinyan, Olaf Şoltz və Emmanuel Makron tərəfindən qəbul edilən Qranada bəyanatında tərəflər Azərbaycan və Ermənistanın suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını vurğulayıblar.

Onnik James Krikorian
Şəklin alt yazısı,

Onnik James Krikorian

Eyni zamanda bəyanatda deyilirdi ki, Qarabağ erməniləri öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında istifadə etməkdə azad olmalıdırlar.

BBC News Azərbaycancaya danışan britaniyalı jurnalist və siyasi şərhçi Onnik James Krikorian deyir ki, bu görüşün baş tutmamasının bir çox səbəbi var və bunu gözlənilməz hadisə kimi görməmək lazımdır. O, bunun həftələrdir baş verə biləcəyini güman etdiyini deyir:

“Birincisi, uzun müddətdir ki, Paşinyanın daha yaxşı bir nəticə ümidilə sazişin imzalanmasını gecikdirdiyi ilə bağlı şübhələr vardı və bu, şübhələr oktyabrda Aİ və yenidən Fransaya yönələn hərəkətliliklə daha da artdı. İkincisi, 19 sentyabrda Qarabağa hücumdan sonra Əliyev çox güman ki, artıq bir saziş üçün təcililik görmür”.

Cənab Krikorianın sözlərinə görə, Ermənistanda bəzi siyasi şərhçilər hesab edir ki, danışıqlara hazırlıq və gündəmdə kifayət qədər irəliləyiş əldə olunmasa, İlham Əliyev danışıqlardan geri çəkilə bilər.

O qeyd edir ki, Qarabağ ermənilərinin zamanla geri dönməsi planından başqa, Qarabağ münaqişəsi həll olunmuş hesab edilir və buna görə də, Bakının təcili müqavilə imzalamasına indi daha az ehtiyacı var.

Brüssel görüşünün dəqiq tarixi bəlli deyil, lakin bu baş verərsə, Onnik James Krikorian Brüsseldə sərhədlərin müəyyən edilməsi və delimitasiyası, bunun üçün hansı xəritələrin əsas götürüləcəyi, regional iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının da müzakirə mövzuları arasında ola biləcəyinə şübhə etmir.

Onun fikrincə, Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək marşrut da istənilən yol xəritəsinin tərkib hissəsi ola bilər:

“Başqa bir məsələ, əgər bu yolun işləyiş üsulları ilə bağlı Yerevanla hələ də fikir ayrılığı varsa, Bakının İrandan keçəcək başqa marşrutu variant kimi görməkdə ciddi olub-olmamasıdır. Nəzəri cəhətdən bu, istənilən yol xəritəsinin bir hissəsi ola bilər, lakin Ukraynadakı müharibədən bəri bu marşrut üzərində Rusiya ilə Qərb arasında geosiyasi rəqabət var. Ümid edirəm ki bu məsələ həll olunar, çünki bunun nəinki Ermənistana fayda verəcəyinə dair, həm də konkret olaraq qarşılıqlı asılılıq forması yaradacağı ilə bağlı fikirlər var”.

Zəngəzur dəhlizinin layihəsi
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktoru Fərhad Məmmədov

Şəklin mənbəyi, İctimai TV

Şəklin alt yazısı,

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktoru Fərhad Məmmədov

BBC Azərbaycancaya açıqlama verən və Klaarın açıqlamasına diqqət çəkən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM)-nin direktoru Fərhad Məmmədov deyir ki, Brüssel görüşünün təxirə salınmasının regional və qlobal səbəbləri də var:

“İlk məqam odur ki,diqqət Israil-Həmas münaqişə zonasına yönəlib.İkinci məqam isə bu münaqişə ilə bağlı bir çox gözlənilən prosseslər var və bu müharibənin Gəzza bölgəsindən daha böyük bölgəyə yayılmasıdır. Bu da geosiyasi vəziyyətin gerginleşməsi və müəyyən məsələlərdə dəyişməsinə gətirib çıxara bilər”, – Fərhad Məmmədov deyib.

Məmmədovun fikrincə, Brüssel görüşünün ləğvinə İlham Əliyevin iştirak etmədiyi Qranada görüşündən sonra qəbul edilən bəyanatın da təsiri olub:

“Qranadada qəbul edilən sənəd birtərəflidir və Azərbaycan Prezidenti tərəfindən də bu sənəd tənqid edilmişdi”.

Əgər Avropa İttifaqının yanaşması Qranada sənədi çərçivəsində olacaqsa, mən düşünmürəm ki, Azərbaycan gələcəkdə Brüssel görüşünə getsin”.

Onnik James Krikorian da qeyd edir ki, Qranadada qəbul edilən bəyannamə Bakını qəzəbləndirmiş ola bilər. O, həmçinin Əliyevin bu bəyanatdan bir neçə gün sonra Tbilisiyə səfəri zamanı qərarların xaricdə deyil, regionda qəbul edilməsinin vacibliyini vurğulamasını da xatırladır.

“Belə görünür ki, Qranada bəyanatı Bakının xüsusən də Qarabağdakı beynəlxalq iştirakla bağlı etməyə hazır olduğu ilə ziddiyyət təşkil edir”.

“Baxmayaraq ki, Türkiyə və Azərbaycan görüşdə iştirak etməyib və bəyannamə üç böyük Avropa lideri tərəfindən imzalanıb, bu bəyanatda Azərbaycana, hətta sərhədin açılması ilə bağlı Türkiyəyə şərtlər diktə edirdi.

Bəziləri deyir ki, imza atıblarsa, deməli, Əliyev bununla razılaşıb, amma bundan əsər-əlamət yoxdur. Əslində, tam əksinədir’’- Krikorian deyir.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yeni görüş üçün bir vaxt təşkil etməyi planlaşdırdıqlarını bildirsə də, siyasi şərhçilər Brüssel formatının gələcəyi ilə bağlı qeyri-müəyyənliyin olduğunu istisna etmirlər.

‘’Qranada uğursuzluğu və indiki təxirə salınma onu göstərir ki, Qərbin getdikcə Paşinyan mərkəzli mövqeyi və bu mövqeyin Fransa tərəfindən dəstəklənməsi və Mişelin təşəbbüsünün bu sənəd çərçivəsinə salınması Brüsselin vasitəçiliyinə kölgə salır və prosesin irəli getməsinə maneə törədir’’ – deyən Fərhad Məmmədov qeyd edir ki, Ermənistan hazırda ABŞ-Aİ və Rusiya -İran arasında geosiyasi muharibə meydanına çevrilib və əlavə edir ki, bu sadəcə Ermənistan – Azərbaycan sülh prosesi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün qeyri müəyyənlik formalaşdırır.

Onnik James Krikoriana görə isə Brüssel formatı üçün hər zaman təhlükə riskləri var idi:

‘’Mən həmişə xəbərdarlıq etmişdim ki, vaxt razılaşmanın tərəfində deyil və o vaxtdan bu, özünü doğrultdu. Paşinyan çox güman ki, Aİ tərəfindən Ermənistanın təhlükəsizliyi ilə bağlı dəstək hiss edir və Əliyev istədiyinin əksəriyyətinə sahibdir. Əsl problem ondadır ki, Əliyev getdikcə daha çox başqa platformalara baxarsa, bu, Brüssel prosesinin ölməsi riskilə nəticələnə bilər”.

Onun sözlərinə görə, 19 sentyabr antiterror əməliyyatından sonra Aİ-nin Ermənistana göstərdiyi dəstək Azərbaycan tərəfindən neytrallıq kimi qiymətləndirilməyib. Onun fikrincə, əgər Ermənistan və Azərbaycan regional danışıqları da nəzərdən keçirsələr, bu, həll yolu üçün şans ola bilər:

‘’Ümid edirəm ki, Brüssel Prosesi öz yoluna qayıda bilər, lakin eyni zamanda, Ermənistan və Azərbaycan rəsmilərinin, liderlər səviyyəsində olmasa da, Tbilisinin dəvətini ikitərəfli və üçtərəfli görüş üçün istifadə etmələrinin vaxtı çatıb. Şübhəsiz ki, tərəflər arasında yeni böyük müharibə xəbərdarlığına baxmayaraq, indi bunun üçün heç bir real səbəb yoxdur və həll yolu üçün daim Brüssel,   Washington və ya Moskvaya baxmaqdansa, regiona da bir seçim kimi baxmaq vaxtıdır. Brüsseli istisna etmək olmaz, lakin o, getdikcə daha çox ATƏT-in Minsk Qrupu prosesinin yolu ilə gedir. Bunun qarşısını almaq lazımdır’’.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=4160 0
Erdoğanın Zəngəzur dəhlizi ilə bağlı dedikləri İranda necə rezonans doğurub? https://metbuat.org/?p=3656 https://metbuat.org/?p=3656#respond Tue, 03 Oct 2023 10:44:36 +0000 https://metbuat.org/?p=3656 Read more

]]>

Prezident Recep Tayyip Erdoğan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə arasında əlaqə yaradacaq Zəngəzur dəhlizi layihəsi ilə bağlı İrandan da “müsbət siqnalar gəlməsinin sevindirici” olduğunu söyləyib. Ancaq İrandan gələn ilk rəsmi açıqlamada Cənubi Qafqazda “qeyri-sabitlik”lə bağlı narahatlıq ifadə edilib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bazar günü, oktyabrın 1-də Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə “ikitərəfli əlaqələr, Qafqaz regionunda baş verən proseslər və beynəlxalq məsələləri müzakirə etmək üçün” görüşüb.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Əhmədian görüş zamanı deyib: “Bölgədəki istənilən geosiyasi dəyişiklik təhlükəsizliyi təhdid edəcək, sabitliyi pozacaq və [regional] böhranı gücləndirəcək”.

İranın region ölkələrini bir araya gətirəcək bir toplantı təşkil etməyə hazır olduğunu bildirən Əhmədian bəyan edib ki, “açıq və konstruktiv dialoq proqnozlaşdırıla bilən təhlükəsizlik və balanslı inkişaf üçün vacibdir”.

Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Tehran və Yerevan arasında qarşılıqlı iqtisadi əlaqələri vurğulayaraq, ölkəsinin Ermənistanla hərtərəfli əlaqələrini möhkəmləndirməyə hazır olduğunu bildirib.

Xəbərə görə, Armen Qriqoryan da iki ölkə arasında uzunmüddətli əlaqələrə işarə edərək bildirib ki, Ermənistan münasibətləri hərtərəfli inkişaf etdirməyə hazırdır.

Qriqoryan, həmçinin İranın Qafqazda sülhü və sabitliyi dəstəkləməkdə rolunun davam etdirməsini istədiyini də söyləyib.

Agentliyin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi iki ölkə arasında nəzərdə tutulan iqtisadi, ticarət və sənaye sahələrində layihələrin sürətlə həyata keçiriləcəyini vurğulayıb.

Tehran

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı,

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 3-də İran Prezidenti İbrahim Reisi ile Tehranda görüşmüşdü

“Türkiyənin bölgədə İran kimi rəqiblərinin təsirinin azalmasına gətirə biləcək inkişaf”

BBC Monitorinq xidmətinin məlumatına görə, sentyabrın 27-də “İran” qəzetində dərc olunmuş “Cənubi Qafqazda problemlərin xarici müdaxilə olmadan həlli” başlıqlı məqalədə bildirilir ki, Ankara “Qafqazda öz maraqlarını qorumaqla bağlı Tehrandan ciddi mesajlar eşidir”.

Qəzet qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatının məqsədlərindən biri “Zəngəzur dəhlizi ideyasını həyata keçirməkdir”.

Təhlildə deyilir ki, Ankara Zəngəzur dəhlizi “arzuları”yla bu “geniş miqyaslı gərginliyə” qarışıb və bunun səbəbi belə izah edilib:

“Bu dəhliz Türkiyəni dəmir yolu xətləri və avtomobil yolları ilə London və Pekinə birləşdirən və bu ölkənin tranzit enerji mərkəzindən faydalanmasına şərait yaradan bir halqa ola bilərmi? Əslində bu, Türkiyənin İran kimi regional rəqiblərinin təsirinin azalmasına səbəb ola biləcək bir inkişafdır”.

Dəhlizin İran üçün nəticələrindən bəhs edən məqalədə Zəngəzur dəhlizinin İran və Ermənistan arasında ərazi əlaqəsini aradan qaldırmaqdan başqa da mənfi nəticələri olacağı qeyd edilir.

“İranın şimal və şimal-qərbdə Avropaya ixrac və idxal üçün istifadə etdiyi marşrutlar Azərbaycanın və Türkiyənin əlinə keçəcək.

Bakının Ermənistanın Sünik vilayətinə nəzarət etməsi ilə bu, İranla Ermənistan arasında coğrafi əlaqənin pozulmasına, İranın Gürcüstana və Qara dəniz sahilindəki Batumi limanına çıxışının kəsməsinə gətirib çıxaracaq və İranı geostrateji dilemma qarşısında qoyacaq”, – təhlildə deyilir.

“İran” qəzetinin məqaləsində vurğulanır ki, sentyabrın əvvəlində Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidana İranın mövqeyi ilə bağlı “aydın mesajlar” verilib və Ankara bu mesajları eşidib.

“(İran Prezidenti) İbrahim Rəisi Türkiyə hökumətinin nümayəndəsi ilə görüşündə İranın regionda qırmızı xətləri barədə açıq danışaraq, Bakıya, Ankaraya, lazım gələrsə, Tel-Əvivə daha ciddi mesaj verməyə hazır olduğunu göstərib.

Ona görə də Türkiyə Prezidentinin Naxçıvana son səfəri zamanı münasibəti onu düşünməyə əsas verir ki, Tehranın Qafqazda milli maraqlarını qorumaqla bağlı ciddi mesajı Ankara tərəfindən eşidilib – məqalədə deyilib və əlavə edilib, – Erdoğanın mövqeyinin Bakının Zəngəzur tikintisinə görə Ermənistanla artan gərginliyi saxlamaq əzmini nə qədər sarsıdacağını zaman göstərər”.

erdoğan

Şəklin mənbəyi, @RTEDIJITAL

Şəklin alt yazısı,

Erdoğan Naxçıvan səfərindən qayıdarkən təyyarədə Zəngəzur dəhlizinin tezliklə açılması üçün əlindən gələni edəcəyini bildirmişdi.

“Erdoğanın təklifində bir yanlışlıq var”

Digər tərəfdən, iranlılar Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edib və dəhlizə nəzarətin mühüm problem olduğunu vurğulayıblar.

Cənubi Qafqaz üzrə təhlilçi Saeed Səffari islahat tərəfdarı olan gündəlik “Shark” qəzetinə verdiyi açıqlamada bildirib ki, İran layihədə sərhəd bütövlüyünün pozulmamasını təmin etdiyi və “dəhlizi nəzarətdə saxladığı” müddətdə bundan faydalanacaq.

Dəhlizin nəzarətdə saxlanılmasının lazımlılığı fikrini Erdoğanın niyyətlərini şübhə altına alan mühafizəkar “Farhikhteqan” qəzeti də vurğulayıb.

Qəzet israr edir ki, Azərbaycan Türkiyənin dəstəyi ilə dəhlizin təhlükəsizliyini təmin etmək üçün Ermənistanla müharibəyə girməyəcək.

Buna əsaslanaraq qəzet yazıb ki, Erdoğanın təklifində “bir yanlışlıq var”.

Azərbaycanla Türkiyənin hələ də İran ərazisindən tranzit dəhliz kimi istifadə etdiklərini bildirən “Farhikhtegan” Erdoğanı “saxtakarlıq”da ittiham edib: “Erdoğan və Əliyev Ermənistanda dəhliz yaratmaq istəyirlərsə, yarada bilərlər, ancaq problem onların dəhliz üzərində tam nəzarətə təkid etmələridir”.

“Farhikhtegan”ın təhlili ilə həmfikir olan Qafqaz üzrə ekspert Mahmud Kərimi “Shark” qəzetinə müsahibəsində bildirib ki, İran Erdoğanın təklifini qəbul edərsə, “torpaqlarının Azərbaycanın əlinə keçəcəyinin şahidi olacaq”.

Zəngəzur dəhlizi

Zəngəzur dəhlizi layihəsi nədir?

Ermənistanın cənubunun ucqarında yerləşən əyalət Sünik adlanır.

Azərbaycanda bu bölgə Zəngəzur adlandırılır.

Azərbaycan bu bölgənin şərqində yerləşir, İran – cənubunda, Azərbaycanın Naxçıvan Muxtar Respublikası isə – qərbində.

“Zəngəzur dəhlizi” layihəsi isə bu bölgə üzərindən keçəcək quru və dəmir yolu nəqliyyatı ilə Azərbaycanı Naxçıvan Muxtar Respublikasına birbaşa birləşdirməyi nəzərdə tutulan layihənin adıdır.

Daha geniş mənada layihə Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirmək məqsədi daşıyır.

Azərbaycan və Ermənistan layihəyə fərqli yanaşırlar.

2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsi Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Sazişin 9-cu maddəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması nəzərdə tutulur.

Bu maddəyə əsasən: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Mətndə bu cümlə də yer alıb: “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan bu maddə ilə iki ölkənin Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldiyini iddia edir.

Ermənistan isə nəqliyyat marşrutlarının açılmasını dəstəklədiyini bildirir, lakin bu maddədə “Zəngəzur” adının işlədilmədiyi və Bakının tələb etdiyi kimi, dəhliz layihəsindən bəhs edilmədiyini bildirir.

Sonuncu hərbi əməliyyat nəticəsində Azərbaycan sentyabrın 20-də Qarabağ üzərində nəzarəti bərpa edib. Qarabağdakı erməni separatçıları silahları yerə qoymağa və “regionun Azərbaycanla reinteqrasiyası” ilə bağlı Bakı administrasiyası ilə danışıqlar aparmağa razılaşıblar.

Qarabağdakı erməni separatçılarının lideri Samvel Şahramanyan müstəqillik uğrunda mübarizəyə rəsmən son qoyub. Şahramanyan 2024-cü il yanvarın 1-nə qədər “Qarabağ Respublikası”nın idarə və təşkilatlarının ləğv edilməsini nəzərdə tutan fərman imzalayıb. Azərbaycanın hərbi əməliyyatından sonra bölgədə yaşayan ermənilərin əksəriyyəti Ermənistana köçüb.

Sovet İttifaqı yaradılanda Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında yerləşən Zəngəzur rayonu Ermənistana verilib. Beləliklə, Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru əlaqəsi kəsilib.

1921-ci il martın 16-da Türkiyə ilə Sovet İttifaqı arasında bağlanan Moskva müqaviləsi ilə Naxçıvan muxtariyyət statusu alıb və başqa dövlətə ötürülməmək şərti ilə Azərbaycana verilib.

1921-ci il oktyabrın 13-də Sovet İttifaqı, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış müqavilə ilə Türkiyə Naxçıvanın Azərbaycana bağlı muxtar respublika olaraq qalmasının təminatçısı olub.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=3656 0