Bu gün Gorusdan Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə təcili tibbi yardım avtomobilləri maneəsiz keçid edib.
“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, ümumilikdə 20-dan artıq ambulans Xankəndi istiqamətinə hərəkət edib.
Ehtimal edilir ki, təcili tibbi yardım avtomobilləri Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərə yardım üçün gedir.
Mənbə:Report