Naxçıvan Penitensiar Xidmətinin keçmiş rəhbəri 10 il həbsə məhkum edilib

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hakim Hüseyn Məmmədovun sədrliyilə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovu 10 il müddətinə azadlıqdan məhrum edib.

Hökmə əsasən, Həsənovun ədliyyə general-mayoru rütbəsindən və “Vətən uğrunda medalı”ndan mərhum edilməsi üçün müvafiq orqana təqdimat göndəriləcək.

Tofiq Həsənov 2023-cü ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O,  Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 311 (rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə) maddələrlə ittiham olunub.

Saytların yığılması

Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment