Ağdamda mina partlaması nəticəsində ANAMA-nın əməkdaşı xəsarət alıb

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu minaya düşüb.

Ağdam rayon prokurorluğunun məlumatına görə, X.Əliyev xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Saytların yığılması

Saytlarin yigilmasi

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
 

Xəbərlər

Leave a Comment