Hökumətyönlü KİV-lər Validə Yusifova adlı şəxsin Azərbaycan CM-in 276-cı maddəsi ilə – dövlətə xəyanət itthamı ilə həbs edildiyi haqqında məlumat yayıb.
Həmin mənbələrin məlumatına görə, iş üzrə istintaq başa çatıb və Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.
Digər təfərrüatlar, o cümlədən həbs olunan şəxsin kimliyi və kimin xeyrinə casusluq etdiyi açıqlanmır.
Dövlət Təhlükəsizliyi Xidmətindən şərh almaq mümkün olmayıb.