Müsavat Qurultaya hazırlaşır

Müsavat Partiyası may ayında növbəti qurultayını keçirəcək.  Qurultayda başqan və məclis seçkiləri keçiriləcək. Bu barədə Turan-a Müsavat-ın başqan müavini Fərəc Kərimli məlumat verib.

F.Kərimli qeyd edib ki, hələlik partiya üzvlərindən heç kəs başqanlığa namizədliyini irəli sürməyib.

Hazırda Müsavat Partiyasının başqanı Arif Hacılıdır. O, 2014-cü ildən partiyaya rəhbərlik edir.

Saytların yığılması

Saytlarin yigilmasi

Müsavat Partiyasının əsası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən qoyulub.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra partiya mühacirətdə fəaliyyətini davam etdirməyə çalışıb.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyası bərpa olunub və İsa Qəmbər başqan seçilib. O, 2014-cü ilə qədər bu vəzifəni tutub.

Xəbərlər

Leave a Comment