SOCAR dövlət neft şirkətinin rəhbəri Rövşən Nəcəf AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) bu gün keçirilən hesabat-seçki konfransında bu təşkilatın prezidenti seçilib.
Nəcəf bu vəzifədə keçmiş SOCAR prezidenti Rövnəq Abdullayevi əvəz edib.
Eyni zamanda icraiyyə komitəsinin üzvləri seçilib. Komitəyə AFFA vitse-prezidenti Elşad Nəsirov (SOCAR-ın vitse-prezidenti), assosiasiyanın baş katibi Sərxan Hacıyev, “Qarabağ” FK-nin baş məşqçisi Qurban Qurbanov, futbol veteranı Səməd Qurbanov, Yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mənsurov, İTV-nin baş direktoru Balakişi Qasımov və başqaları daxil olub.
SOCAR AFFA-nın və ümumilikdə hələlik xüsusi bir uğur əldə edə bilməyən Azərbaycan futbolunun donorudur.
SOCAR tərəfindən maliyyələşdirilməyən “Qarabağ” FK-nin nailiyyətləri sevindirici istisnadır və daha çox komandanın baş məşqçisi Qurban Qurbanovun xidmətləri ilə bağlıdır.