Avropa İttifaqının xüsusi nümayəndəsi Avropa İttifaqı  müşahidə missiyasının məlumatını alqışlayır

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistan- Azərbaycan sərhədində “qeyri-adi” hərbi fəallığın olmaması barədə Avropa İttifaqı monitorinq missiyasının (EUmA) məlumatını alqışlayıb.

“Avropa İttifaqının monitorinq missiyasından qeyri-adi hərbi yerdəyişmələrin olmaması barədə təsdiq almaq yaxşıdır. Missiyanın məqsədi də məhz budur: böyük şəffaflığı təmin etmək və inamı möhkəmləndirmək. Missiya Azərbaycan hakimiyyətilə daha sıx əməkdaşlığa əvvəlkitək açıqdır”, – Klaar X platformasındakı hesabında yazıb.

Öz növbəsində 31 martda Avropa İttifaqı missiyası aşağıdakı məlumatı yayıb: “Bütün günü EUmA Ermənistan-Azərbaycan sərhədində patrulda olub, sakitlikdir və heç bir  qeyri-adi hərəkət müşahidə edilmir. EUmA hər kəsə dinc Pasxa arzulayır!”.

Saytların yığılması

Saytlarin yigilmasi

Xatırladaq ki, martın 31-də səhər Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi texnikasının və canlı qüvvəsinin Azərbaycanla sərhəd boyunca aktiv hərəkəti barədə bildirib, sərhəddə mümkün təxribatların nəticələrinə görə məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoyub.

Xəbərlər

Leave a Comment