Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Ermənistan-Azərbaycan nizamlanmasının perspektivlərini müzakirə ediblər

Martın 29-da Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri Yuri Qaluzin ilə Elnur Məmmədovun görüşü olub.

“Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri predmetli şəkildə nəzərdən keçirilib. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin (22 fevral 2022-ci il tarixli) müddəalarının icrası ilə bağlı növbəti birgə addımlar müzakirə edilib.

Bir sıra regional və beynəlxalq mövzuya, o cümlədən Cənubi Qafqazda cari vəziyyətə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmaları əsasında Ermənistan-Azərbaycan normallaşmasının perspektivlərinə toxunulub.

Saytların yığılması

Saytlarin yigilmasi

Görüş Rusiya-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlıq ruhuna uyğun ənənəvi dostluq və inam atmosferində keçib”, – Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xəbərlər

Leave a Comment