Qarabağda Ağdərə rayonu ərazisində meşəlik zonada Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.
dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, dayaq məntəqəsi Suqovuşan yaşayış məntəqəsinin yaxınlığında yerləşirdi.