Martın 18-də axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə saxlanıldığı bildirilir.
Partiyadan Turana bildirilib ki, heyvandarlıqla məşğul olan S.Məmmədzadə yaşadığı Daşkəsən rayonunun girişində saxlayıblar: “Sahib bəy heyvanlarını yaylağa aparırdı. Qara maskalı şəxslər Sahib bəyi saxlayıb naməlum istiqamətə aparıblar. Heyvanları geri qaytarsalar da, özünü saxlayıblar”.
AXCP-dən hesab edirlər ki, bu, S.Məmmədzadənin siyasi fəaliyyəti ilə bağlıdır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.