Məhkəmə jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızının ilkin həbs müddətini uzadıb

Bu gün Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” İnternet-nəşrin direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddətini daha 3 ay uzadıb.

Vəkilləri bildiriblər ki, bu qərarlardan apellyasiya şikayəti veriləcək.

Bundan öncə, fevralın 24-də məhkəmə “Abzas Media”nın jurnalisti Nərgiz Absalamovanın həbs müddətini üç ay uzadıb.

Saytların yığılması

Saytlarin yigilmasi

Martın 7-də bu iş üzrə daha iki müttəhimin-Hafiz Babalı və Elnarə Qasımovanın ilkin həbs müddəti üç ay uzadılıb.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq)  ittiham olunurlar.

Həbs olunanlar ittihamları rədd edirlər və hesab edirlər ki, korrupsiya faktlarını araşdırdıqları üçün təqib edilirlər.

Xəbərlər

Leave a Comment