Martın 15-də Bakı Apellyasiya Məhkəməsi “Toplum” TV-yə qarşı cinayət işi üzrə həbs edilənlərin şikayətlərinə baxacaq.
Saat 12:00-da “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin apellyasiyasına baxılacaq; saat 12:15- Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının rəhbəri Akif Qurbanov; saat 12:15- Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal, saat 14:15-də III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətli.
Bu gün saat 15:00-da Demokratik Təşəbbüslər İnstitutunun digər əməkdaşı Ramil Babayevin apellyasiya şikayətinə baxılacaq.
Sözügedən şəxslər martın 6-8-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıblar. Onlar 4 ay müddətinə həbs ediliblər. Jurnalistlər ittihamları rədd edirlər.
Beynəlxalq təşkilatlar jurnalistlərin və fəalların “Toplum TV” işi üzrə təqib edilməsini pisləyib. Güc qurumları “Toplum” TV-nin avadanlıqlarını götürüb, onun YouTube və İnstagram hesablarındakı videomateriallar silinib.