Həmkarlar İttifaqı fəalının prosesində

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Afiəddin  Məmmədovun işi üzrə iclasda onun məhkəmə heyətinə etirazı rədd edilib. Məhkəmə jurnalistlərin prosesin videosunu çəkməsilə bağlı vəsatəti təmin etmədikdən sonra etiraz  fevralın 20-də əvvəlki iclasda elan edilib.

Sonra prosesdə ittiham aktı elan edilib, ona əsasən Məmmədov vətəndaş Hüseyn Səfərova ağır bədən xəsarəti yetirib. Məmmədov ittihamları rədd edib, onları öz ictimai və peşə fəaliyyətilə əlaqələndirib.

Növbəti məhkəmə iclası aprelin 9-na təyin edilib. İclasda Məmmədovun ifadələri dinləniləcək.

Saytların yığılması

Saytlarin yigilmasi

*Afiəddin  Məmmədov sentyabrın 20-də öz evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Lakin Məmmədovun özü hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) və 126.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) maddələri).

Sonradan ittihamlar sərtləşdirilib, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli yolla sağlamlığa qəsdən ağır zərər vurma) və 228.4-cü (qanunsuz silah dövriyyəsi)  maddələrilə  ittihamlar irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

Hüquq müdafiəçiləri Afiəddin Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Xəbərlər

Leave a Comment