Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşu həyata keçirən Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın zərərsizləşdirildiyini bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, martın 11-də saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik qəsəbəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşlarının həyata keçirilməsi məqsədilə kvadrokopter buraxılıb”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Aşkar edilmiş pilotsuz uçuş aparatı Azərbaycan bölmələri tərəfindən xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Saytların yığılması

Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment