Fransa Xarici İşlər Nazirliyi Azərbaycanda jurnalistlərin həbsini pisləyir və onları azad etməyə çağırır

Fransa Xarici İşlər Nazirliyi martın 8-də bəyanat yayaraq, hakimiyyətin mediaya və ictimai fəallara qarşı repressiyalarını pisləyib.

“Fransa Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbslər dalğasından dərin narahatdır.

Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara – xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq.

Saytların yığılması

Saytlarin yigilmasi

Beynəlxalq Qadınlar Günündə biz Azərbaycan müstəqil jurnalistlərinin rolunu və cəsarətini yüksək qiymətləndiririk”, – bəyanatda deyilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Parisin bu ittihamlarını “əsassız” adlandırıb və onları “daxili işlərə müdaxilə” kimi qiymətləndirib.

Xəbərlər

Leave a Comment