“Böyük Britaniya “Toplum TV” jurnalistlərinin və “III Respublika” siyasi hərəkatının nümayəndəsinin həbsindən dərin narahatlıq hissi keçirir. Fikri ifadə azadlığını və əsas insan hüquqlarını, o cümlədən bu yaxınlarda həbs edilmiş bütün KİV nümayəndələrinin hüquqlarını qorumağa çağırırıq”. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old martın 7-də X platformasındakı hesabında yazıb.