Martın 6-da Bakının Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında Azərbaycan vətəndaşı Abit Mərdanovu həbs edib. O, Azərbaycan CM-in 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham olunur. Cinayət işi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən açılıb.
Səbail Rayon Məhkəməsindən Turan Agentliyinə verilən məlumata görə, Mərdanov hakim Ülviyyə Şükürovanın qərarı ilə 4 ay müddətinə həbs edilib.