Nazir Ceyhun Bayramov iranlı həmkarı ilə səfirliyin fəaliyyətinin bərpası məsələsini müzakirə edib

Görüş İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində gerçəkləşib

Martın 5-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Onlar Tehranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasını müzakirə ediblər.

Azərbaycan Xarici İşlər nazirliyi (XİN) bildirir ki, görüş Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində gerçəkləşib.
Nazirlər Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.

Saytların yığılması

Saytlarin yigilmasi

XİN ötən il iyunda İranda Azərbaycan səfirliyinin bərpasının şərtini açıqlamışdı.

Bildirilirdi ki, terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır.

“Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait var. Bununla bağlı tam zəmanət verilməlidir. Yalnız bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edə bilər”.

Son illər Azərbaycan və İran arasında münasibətlər kəskinləşib. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edib.

2023-cü ilin əvvəli Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Basqın zamanı səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Daha sonra səfirliyin işçiləri İrandan təxliyə edilib.

Lakin Azərbaycanın İranın Təbriz şəhərindəki konsulluğu fəaliyyətini davam etdirir.

Səfirliyə silahlı hücumda təqsirləndirilən şəxsin isə məhkəməyə çıxarıldığı, barəsində ağır cəza tələb edildiyi bildirilib.

Xəbərlər

Leave a Comment