Azərbaycanın Ukrayna və Türkiyəyə humanitar yardım xərcləri açıqlanıb

Azərbaycan humanitar, eləcə də bərpa və yenidənqurma məqsədi ilə Ukraynaya  57 milyon manatdan artıq (taxminan 34 milyon ABŞ dolları) vəsait ayırıb.

Toplum TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata görə, Ukraynyaya ayrılan vəsaitin yarıya qədəri ötən il göndərilib.

Saytların yığılması

Saytlarin yigilmasi

Həmçinin qeyd olunub ki, ötən il Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar bu ölkəyə ümumilikdə 105 milyon dollarlıq humanitar yardım edilib. 

Bildirilib ki, daha 40 milyon dollar dəstək qarşıdakı dövrdə göstəriləcək.

Xəbərlər

Leave a Comment