Ermənilərin qaytardığı hərbçi Bakıya gətirilib 

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistandan Bakıya gətirilib.

Toplum TV xəbər verir ki, R. Pənahov mətbuata verdiyi açıqlamada özünü yaxşı hiss etdiyini bildirib. 

Qeyd edək ki, Ermənistan tərəfi dünən yaydığı açıqlamada hərbçini Azərbaycan tərəfə təhvil vermək qərarına gəldiyini bildirib. 

Saytların yığılması

Saytlarin yigilmasi

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Pənahov Azərbaycan sərhəd postunda hərbi qulluqçular arasında baş verən mübahisədən sonra qaçaraq sərhədi keçib. Bildirilib ki, onun sərhədi keçməsində cinayət elementi aşkar olunmayıb. Bunu nəzərə alaraq, Pənahovun cinayət işinə xitam verilməsi barədə prokurorluğa vəsatət verilib və o təmin edilib.

Azərbaycanlı hərbi qulluqçu fevralın 28-də Sünik rayonunun Teğ kəndi istiqamətində saxlanılıb. Azərbaycanın Müdafiə Nazirliyi onun Laçın rayonu ərazisində pis hava şəraitində yolu azdığını, itkin düşdüyünü açıqlamışdı.

Xəbərlər

Leave a Comment