Rasim Balayev yeni kino ittifaqının sədri seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.

Toplum TV xəbər verir ki, martın 5-də “Aktyor Evi”ndə baş tutan konfransda yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Konfrans zamanı Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsindən sonra xalq artisti Rasim Balayev yeni İttifaqın sədri seçilib.

Saytların yığılması

Saytlarin yigilmasi

Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.

 

Xəbərlər

Leave a Comment