Deputat: Azərbaycan hərbi əməliyyatlarla işğaldakı 8 kəndi azad etməlidir

“Azərbaycan hərbi əməliyyatlar keçirib Ermənistan işğalındakı 8 kəndi azad etməlidir”. 

Toplum TV xəbər verir ki, bunu martın 5-də deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib.

“Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq”, – Ağamalı açıqlamasında vurğulayıb. 

Saytların yığılması

Saytlarin yigilmasi

Onun sözlərinə görə, Ermənistanda hazırda rəhbər şəxslərdən tutmuş sadə vətəndaşa qədər hamı Azərbaycana qarşı revanşist mövqedədir və müharibəyə hazırlaşırlar.

Deputat Ermənistanın Fransa və Yunanıstanla ittifaq yaradaraq silahlanmaqda davam etdiyini qeyd edib.  

Fəzail Ağamalı açıqlamasında həmçinin vurğulayıb ki, hadisələrin gedişatı heç də yaxşı yerə aparmır. 

Xəbərlər

Leave a Comment