Xoşməramlılıq əlaməti olaraq və yolunu azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə qaytarılmasına dair razılığa əsasən, Ermənistan Ruslan Pənəhovu Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
Toplum TV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin martın 5-də yaydığı məlumatda bildirilib.
Azərbaycanlı hərbi qulluqçu fevralın 28-də Sünik rayonunun Teğ kəndi istiqamətində saxlanıb. Azərbaycanın Müdafiə Nazirliyi onun Laçın rayonu ərazisində pis hava şəraitində yolu azdığını, itkin düşdüyünü açıqlamışdı.
Öz növbəsində Ermənistanın İstintaq Komitəsi məlumat verib ki, Pənahov Azərbaycan sərhəd postunda hərbi qulluqçular arasında baş verən mübahisədən sonra qaçaraq sərhədi keçib.
Bunu nəzərə alaraq, Pənahovun cinayət işinə xitam verilməsi barədə prokurorluğa vəsatət verilib və o təmin edilib.