Avropa Parlamenti Azərbaycanı kəskin pisləyən hesabatını açıqlayıb

Avropa Parlamentinin fevralın 28-də açıqlanmış “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” adlı illik hesabatında Ermənistana Avropa Sülh Fondu vasitəsilə dəstək verilməsinə çağırış edilir.

Sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı mövcudiyyətini gücləndirməyə çağırır.

Hesabatda habelə Ermənistana öz hazırkı hərbi müttəfiqliklərinə yenidən baxmaq şəraitinin yaradılması üçün Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətindən Yerevana Avropa Sülh Fondu vasitəsilə lazımi yardımların edilməsi istənir.

Saytların yığılması

Saytlarin yigilmasi

Avropa deputatları bu məqsədlə Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirilmiş müşahidəçilərin sayının artırılması, bu missiyanın mandatının gücləndirilməsi, missiya müddətinin uzadılması və onun potensial olaraq Ermənistanın Türkiyə ilə sərhədini də əhatə etməsini təklif ediblər.

Sanksiyalara çağırış

Hesabatda deyilir ki, Avropa Parlamenti Azərbaycanın Qarabağ erməniləri üzərinə “səbəbsiz və əvvəlcədən planlaşdırılmış hücumunu” pisləyir.

Bu hesabatda Azərbaycan beynəlxalq qanunu və insan haqlarını kobud şəkildə pozmaqda ittiham olunur, Qarabağda baş verənlər isə “əslində de facto etnik təmizləmə kimi qiymətləndirilə biləcək” hadisə adlandırılır.

Sənəddə deyilir ki, Azərbaycanın hərəkətləri nəticəsiz qala bilməz və bu səbəbdən çoxsaylı atəşkəs pozuntuları üçün məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyalar elan olunmalı, Azərbaycanla Aİ arasında Enerji Anlaşması Memorandumu ləğv edilməli, Azərbaycanla yeni tərəfdaşlıq sazişi üçün danışıqlar dayandırılmalıdır.

Hesabatda deyilir ki, Ermənistanın ərazi bütövlüyünə hər hansı hərbi təcavüz təqdirində prezident Əliyevin “hərbi və siyasi” əhatəsinə hədəfli və fərdi sanksiyalar elan olunmalı, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır.

Sənəddə habelə “qeyri-Aİ” ölkələrinin Azərbaycana yardımları pislənir.

Bu da qeyd olunmalıdır ki, Avropa Parlamentinin hesabatları icra üçün hüquqi baxımdan icbari deyil və yalnız məşvərət səciyyəsi daşıyır.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması

Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment