Ceyhun Bayramov və Ararat Mirzoyan sülh sazişi layihəsinin bəndlərini müzakirə ediblər

Fevralın 28-29-da Berlində Villa Borsigdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Saytların yığılması

Saytlarin yigilmasi

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığını ifadə edib, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

 

Xəbərlər

Leave a Comment