Əliyev və Simson Azərbaycan və Aİ arasında energetika sahəsində əməkdaşlığı müzakirə ediblər

Bu gün Bakıda prezident İlham Əliyevin Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşündə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Dövlət başçısının saytında yer alan məlumata görə, komissar “Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğulayıb”. 

Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olunub. 

Saytların yığılması

Saytlarin yigilmasi

Eyni zamanda, COP-29 iqlim konfransının Bakıda keçirilməsi, enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib.

Xəbərlər

Leave a Comment